Kənd təsərrüfatı istehsalçılarına yardım ayrıldı
Tarix: 16.03.2015 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Dünən Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin dəyərinin orta hesabla 70 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə respublika komissiyasının növbəti iclası keçirilib. Respublika komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev qeyd edib ki, 2007-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda və çəltik səpininə görə yardım verilir. Bu məqsədlə 2015-ci ildə də dövlət büdcəsində vəsait nəzərdə tutulub.
İclasda kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi ilə bağlı 58 rayon (şəhər) komissiyasından daxil olmuş sənədlərə baxılıb. Komissiya 58 rayon (şəhər) komissiyası üzrə 129063 istehsalçıya 426277,44 hektar buğda və çəltik səpininə görə 17051097,60 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.
Komissiyanın iclasında güzəştli şərtlərlə verilmiş 10341 ton gübrə üçün 4628000 manat vəsaitin ödənilməsi barədə qərar qəbul olunub.




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Sabunçuda yolların, su təchizatı və kanalizasiya sistemlərinin qurulması üçün vəsait ayrılıb
20.11.2019
Sorgu: Respondentlərin 87,6 faizi Prezidentin həyata keçirdiyi islahatları dəstəkləyir
20.11.2019
Mehriban Əliyeva Dmitri Medvedevlə Azərbaycan-Rusiya əməkdaşlığını müzakirə edəcək
20.11.2019
Daha 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə verildi
20.11.2019
Sabah da yağış yağacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info