ABŞ universitetlərində Azərbaycana həsr edilmiş tədbirlər
Tarix: 17.03.2015 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


ABŞ-ın aparıcı Harvad (Massaçusets) və Braun (Rod Aylənd) universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı və Amerika-Azərbaycan Alyansının dəstəyi ilə Azərbaycanın tarixi və mədəniyyətinə həsr edilmiş tədbirlər keçirilib.
Massaçusets və Rod Aylənd ştatlarının müxtəlif ali təhsil müəssisələrində təhsil alan xarici tələbələrin iştirakı ilə Harvard və Braun universitetlərində keçirilmiş tədbirlərdə Azərbaycanın tarixi, mədəniyyəti və müasir uğurlarını əks elətdirən video və fotomaterillar, eləcə də milli mətbəx nümunələri sərgilənib. ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin ifasında müxtəlif musiqi və rəqs nümunələri göstərilib.
Harvard Universitetində azərbaycanlı və türk tələbə cəmiyyətlərinin təşkilatçılığı ilə "Qədim bağlar, gələcəyin torpağı" adlı tədbirdə amerikalı tələbələrlə yanaşı, Türkiyə, Çin, İndoneziya, İsrail, Qazaxstan və s. ölkələrdən olan tələbələr də iştirak etmişlər. Tədbirdə eləcə də Türkiyə Respublikasının Bostondakı Baş Konsulu Ömür Budak da əsas qonaq qismində qatılıb.
Çıxış edən türk diplomat diplomatik fəaliyyətinin bir neçə ilini Azərbaycanda keçirdiyini xüsusilə vurğulayaraq, bu səbəbdən Azərbaycana həsr edilmiş tədbirlərdə iştirakı özünə borc bildiyini söyləyib. Ömür Budak Azərbaycanın regional əhəmiyyətindən danışıb, Türkiyə-Azərbaycan münasibətlərinin mənəvi bağlar üzərində qurulduğunu bildirib.
Braun Universitetində keçirilmiş mədəniyyət tədbirində universitetin müxtəlif ölkələrdən olan tələbələri iştirak edib və öz mədəniyyətlərini əks elətdirən rəqs nümunələri nümayiş etdiriblər. Azərbaycanlı tələbələr bu il ilk dəfə olaraq bu çoxmillətli tədbirə qatılıb və "Azərbaycan-Dünya mədəniyyət gecəsi" başlığı altında Azərbaycan mədəniyyətini tanıdıblar. Tədbirdə Azərbaycana dəstək üçün Rod Aylənd ştatının senatoru Leonidas Raptakis də universitetin xüsusi qonağı qismində iştirak edib.
Azərbaycanlı tələbələrin təşkilatçılığı ilə keçirilən hər iki tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları da iştirak edib. Səfirlik nümayəndəsi Natiq Baxışov çıxış edərək, ABŞ-Azərbaycan münasibətləri, eləcə də Azərbaycanın aparıcı rolu ilə həyata keçirilən regional layihələr barədə məlumat verib. Çıxışlar zamanı eləcə də bu tədbirlərin Azərbaycanda Amerika günlərinin keçirildiyi bir vaxtda təşkil edildiyi vurğulanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
16.11.2019
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16.11.2019
Vilayət Eyvazovdan Bakı polisində mühüm vəzifəyə yeni təyinat
16.11.2019
Məşhur yumorist Maksim Qalkinin Heydər Əliyev Mərkəzində yaradıcılıq axşamı olub
15.11.2019
Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info