Ərdoğan Azərbaycan nümayəndə heyətini qəbul edib
Tarix: 17.03.2015 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın baş prokuroru Zakir Qaralovu qəbul edib.
Baş prokuror Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ankaraya səfəri Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbiri ziyarətlə başlayıb. Atatürkün məzarı önünə əklil qoyulub, əziz xatirəsi yad olunub.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş prokuror Zakir Qaralovu qəbul edib.
Görüşdə Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi hüquq-mühafizə orqanları arasında da əməkdaşlığın uğurla inkişaf etdiyi diqqətə çəkilib.
Səfər çərçivəsində Türkiyənin Ali Məhkəməsinin baş prokuroru Hasan Erbillə görüş olub.
Görüşdə Türkiyə Baş prokurorluğunun strukturu və fəaliyyətini əks etdirən videomaterial nümayiş olunub.
Tərəflər iki qardaş ölkələrin prokurorluq orqanları arasındakı əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparıblar.
Sonra Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Türkiyə Cümhuriyyətinin Ali Məhkəməsinin Baş Prokurorluğu arasında anlaşma memorandumu imzalanıb.
Tərəflər sənədin imzalanmasını mühüm hadisə kimi qiymətləndirərək, anlaşma memorandumunun qardaş ölkələrin prokurorluq orqanları arasında təcrübə mübadiləsi, tədris və digər sahələrdəki əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyini bildiriblər.
Azərbaycan nümayəndə heyəti Türkiyənin Ali Məhkəməsinin sədri İsmail Rüştü Cirit ilə də görüşüb.
Zakir Qaralov Türkiyə Ali Məhkəməsinin sədri vəzifəsinə yeni seçilən Rüştü Ciritə Azərbaycan Respublikasının Ali Məhkəmənin sədri Ramiz Rzayevin məktubunu çatdırıb.
İsmail Rüştü Cirit tezliklə Azərbaycana səfər edəcəyini bildirib.
Ulu öndər Heydər Əliyevin Türkiyə ilə münasibətlərə daima böyük önəm verdiyini xatırladan Zakir Qaralov qeyd edib ki, iki qardaş ölkə arasındakı hərtərəfli əməkdaşlıq əlaqələri dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında surətlə inkişaf edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info