Kanadada Novruz şənliyi keçirilib
Tarix: 17.03.2015 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Azərbaycanın Kanadadakı səfirliyi paytaxt Ottavaya qonşu olan Qatino şəhərində Novruz bayramı münasibətilə ziyafət təşkil edib.
Azərbaycanın Kanadadakı səfirliyindən verilən məlumata görə, bayram tədbirində Ottava və Monreal şəhərlərində yaşayan azərbaycanlı icması, eləcə də Türkiyə səfirliyinin təmsilçiləri və kanadalı qonaqlar iştirak ediblər.
2011-ci ilin 10 sentyabr tarixindən Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin direktoru Vüsalə Əhmədova tədbirin açılışında çıxış edərək, Novruz bayramı münasibətilə həmvətənlərimizi təbrik edib və bu bayramın xalqımız üçün əhəmiyyəti və tarixindən bəhs edib. Sonra söz Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynliyə verilib. R.Hüseynli Novruzun 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini xatırladıb, 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının mart ayının 21-nin “Beynəlxalq Novruz Günü” kimi qeyd edilməsi barədə qərarına toxunub. Vurğulayıb ki, Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə yaşadan böyük mədəniyyət hadisəsidir.
Çıxışlardan sonra “Qarabağ” məktəbinin şagirdləri Azərbaycan xalq mahnılarını səsləndirib və rəqslər nümayiş etdirib. Onlar, həmçinin Novruz bayramına xas olan adətləri əyani olaraq iştirakçılara göstəriblər. Tədbirdə, həmçinin qonaqlara Azərbaycan şirniyyatlarını dadmaq imkanı yaradılıb və Azərbaycanın mədəniyyətini təbliğ edən video çarx nümayiş etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info