Konsul: “Ermənistan son 24 ildə əhalisinin az qala yarısını itirib”
Tarix: 17.03.2015 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Kaliforniya Nortridc Ştat Universitetində (California State University, Northdrige) Azərbaycana dair geniş mühazirə ilə çıxış edib.
Baş Konsulluqdan verilən məlumata görə, universitetin dəvətilə gerçəkləşən tədbirdə 120-dən çox tələbə iştirak edib.
Baş konsul N.Ağayev çıxışında Azərbaycanın zəngin mədəni irsi, keçdiyi tarixi inkişaf yolu və yerləşdiyi coğrafi məkan eləcə də, Azərbaycanın multikultiralizmin mərkəzlərindən biri olması və ölkəmizin qədim tolerantlıq ənənələri barədə danışıb. N.Ağayev Azərbaycan torpaqlarının işğalı, işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlər barədə danışaraq, bu səpkidə Xocalı soyqırımı haqda tələbələri geniş şəkildə məlumatlandırıb. Baş konsul qeyd edib ki, münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyinin yürütdüyü qeyri-konstruktiv siyasət ilk növbədə Ermənistanın və erməni xalqının özünün gələcəyinə zərbə vurur: “Təsadüfi deyil ki, məhz belə ziyanlı, uzağı görməyən siyasət nəticəsində Ermənistan son 24 ildə əhalisinin az qala yarısını itirib, böyük iqtisadi problemlərlə üzləşib və xarici yardımlardan asılı vəziyyətə düşüb”.
N.Ağayev münaqişənin həllinin yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasından sonra mümkün olacağını qeyd edib.
Daha sonra, baş konsul N.Ağayev ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın 90-cı illərdə bir sıra təhlükələrdən xilas olaraq, inkişaf və yüksəliş yoluna qədəm qoyduğunu bildirib. Ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan mühüm nailiyyətləri qeyd edən diplomat, bu gün Azərbaycanın regionda siyasi və iqtisadi güc mərkəzinə çevrildiyini söyləyib. Baş konsul Azərbaycanın yürütdüyü konstruktiv xarici siyasət barədə danışaraq, ölkəmizin ABŞ, region dövlətləri və ümumilikdə beynəlxalq birlik ilə münasibətləri barədə iştirakçılara məlumat verib.
Tədbirin sual-cavab qismində baş konsul tələbələrin müxtəlif səpkili suallarını cavablandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
İbrahim Öztek: “Xocalı soyqırımı nankor bir cəmiyyətin xəyanətkar hücumunun son halqasıdır”
18.02.2019
Rusiyanın azərbaycanlı icması soydaşlarımızı və çeçenləri təxribata uymamağa çağırıb
18.02.2019
“Müxalifət liderlərinin siyasəti kökündən yanlışdır”
18.02.2019
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
18.02.2019
Burak Candaş: “Qarabağ dərhal Azərbaycana qaytarılmalıdır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info