Məşhur incəsənət əsərləri Heydər Əliyev Mərkəzində nümayiş olunacaq
Tarix: 17.03.2015 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzində Avropanın məşhur “Cracking Art Group” əsərlərinin təqdimatı olacaq. Mərkəzdən bildiriblər ki, “Pop-art” janrındakı nəhəng incəsənət əsərləri martın 18-dən Heydər Əliyev Mərkəzinin parkında nümayiş etdiriləcək.
Qeyd edək ki, 1993-cü ildə Avropanın 6 rəssamı - italiyalı Renzo Nukara (Renzo Nucara), Marko Veronez (Marco Veronese), Kikko (Kicco), fransalı Aleks Anci (Alex Angi), belçikalı Karlo Rizzetti (Carlo Rizzetti), Vilyam Svitlav (William Sweetlove) bir araya gələrək “Cracking Art Group”u yaradıb. Bu hərəkat bütün səylərini müasir incəsənət haqqında təsəvvürlərin dəyişməsinə, sənətdə sosial və ekoloji istiqamətlərdə innovativ metodlar tətbiq etməklə yenilik yaratmağa yönəldib.
Rəssamlar təkrar emal edilmiş və asan utilizasiya olunan sintetik materiallardan istifadə etməklə hazırlanan nəhəng, parlaq rəngli heyvanlar ilə ictimaiyyətin nəzərini ətraf mühitin problemlərinə yönəldir. “Cracking art” əsərləri bir tərəfdən diqqəti ekoloji məsələlərə çəkir, digər tərəfdən isə yeni texnologiyaların tətbiqini nümayiş etdirir.
“Cracking Art Group” öz yaradıcılığı ilə bu günədək dünyanın bir sıra şəhərlərini fəth edib. Qeyd olunan əsərlər Nyu-York, Sidney, Milan və digər şəhərlərdə nümayiş olunub.
Bu incəsənət nümunələri bu dəfə Bakıda Heydər Əliyev Mərkəzinin parkında şəhər sakinləri və qonaqların ixtiyarına veriləcək. IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxaq Dialoq) İctimai Birliyinin rəsmi tərəfdaşlığı ilə həyata keçirilən bu layihənin məqsədi Azərbaycanda ekoloji problemlərin həllinə, flora və faunanın qorunmasına insanların diqqətini artırmaqdır.
Martın 18-də, həmçinin Mərkəzin parkında ənənəvi “Səməni” sərgisi təşkil olunacaq. Novruz bayramı ərəfəsində keçirilən sərgidə müasir incəsənət nümunələri-səmənilər nümayiş etdiriləcək. Heydər Əliyev Mərkəzindəki bu sərgi Novruz günlərində izləyicilərə bayram əhval-ruhiyyəsini birlikdə yaşamağa və rəssamların Novruz ənənələrinə modern yanaşmasını təqdim edən incəsənət əsərləri ilə tanış olmağa imkan yaradacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
05.12.2020
Renuarın rəsm əsəri 1,18 milyon dollara satıldı
03.12.2020
Ağdamda erkən dəmir dövrünə aid saxsı məişət əşyaları aşkarlanıb
01.12.2020
Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf
27.11.2020
“Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək
24.11.2020
Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12130

1 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
2 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
3 Distant təhsilin müddəti uzadıldı - QƏRAR
4 Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf
5 Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci il üçün təlim proqramını elan edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info