Əliağa Şıxlinski hərb tarixinə parlaq səhifələr yazıb
Tarix: 17.03.2015 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) əfsanəvi general Əliağa Şıxlinskinin 150 illik yubileyi münasibətilə tədbir keçirilib.
Çıxış edən muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Prezident İlham Əliyevin ötən il noyabrın 20-də general Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladığını deyib.
Bildirilib ki, XX əsrin əvvəlində geniş miqyaslı hərbi əməliyyatların iştirakçısı olmuş görkəmli hərbi xadim, general-leytenant Əliağa Şıxlinski döyüş meydanlarında göstərdiyi şücaətlər və artilleriya nəzəriyyəsinə gətirdiyi yeniliklər sayəsində hərb tarixinə parlaq səhifələr yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən Ə.Şıxlinski milli hərbi hissələrin təşkilində, müstəqil ordu yaradılmasında müstəsna fəaliyyət göstərib. O, sonrakı dövrdə də öz hərbi andına sadiq qalaraq ölkəmizin silahlı qüvvələrinin formalaşmasına sanballı töhfələr verib.
Tədbir çərçivəsində Azərbaycanda və xaricdə hərbi mövzularda çəkdiyi əsərləri ilə tanınan Azərbaycan rəssamı Əmirxan Nuarın dünya və Vətən artilleriyasının tarixində silinməz iz qoymuş görkəmli Azərbaycan sərkərdəsi Əliağa Şıxlinskinin döyüş yoluna həsr edilən “Əliağa Şıxlinski Port-Arturda” adlı əsərinin, habelə sonuncu Qarabağ savaşında ordumuzun kütləvi qəhrəmanlığını əks etdirən “Briqada” adlı videoçarxın tanıtım mərasimi də keçirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
VI Ankara Tibb Forumunda Azərbaycan səhiyyəsindəki yeniliklərdən bəhs olunub
10.12.2019
Azərbaycanla Özbəkistan arasında əczaçılıq sahəsində əməkdaşlıq Memorandumu imzalanıb
10.12.2019
“Azərbaycan Könüllülük Həftəsi” başa çatıb
10.12.2019
Ombudsman Aparatı: İki azyaşlıya qarşı zorakılıqla bağlı məsələ diqqət mərkəzindədir
10.12.2019
Bakıda azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
2 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
3 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
4 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
5 Avropada işsizlər ordusu yaranır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info