Avronest PA İrəvan sessiyası erməni deputatların təxribatı ilə başlayıb
Tarix: 17.03.2015 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi dünən Avronest PA-nın 4-cü sessiyası öz işinə başlayıb. Sessiya işğalçı Ermənistanın paytaxtı İrəvanda keçirilir. Azərbaycan nümayəndə heyəti bu sessiyada iştirak etməkdən imtina edib. Odur ki, sessiya Azərbaycanlı millət vəkillərinin iştirakı olmadan keçirilir. Onu da qeyd etməliyəm ki, Azərbaycan nümayəndə heyəti sessiyada iştirak etmək üçün İrəvana getməkdən imtina etsə də, bütün daimi komitələr üzrə hazırlanmış məruzələrə öz düzəliş və təkliflərini vermişdir. Sessiya ərəfəsində Yaşıllar qrupu, daha sonra isə Ermənistan nümayəndə heyəti Azərbaycan nümayəndə heyətinin İrəvan iclasında iştirak etməməsini bəhanə gətirərək, onun irəli sürdüyü bütün düzəlişlərini ləğv etməyi təklif etmişdi. Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avronest PA həmsədrlərinə, Büro üzvlərinə, Assambleyanın Avropa Parlamentindən olan üzvlərinə, həmməruzəçilərə məktublar ünvanlayaraq, Azərbaycan nümayəndə heyətinin düzəlişlərinin ləğv edilməsinin prosedur qaydalara zidd olmasını və, ümumiyyətlə, bu təklifin Avronest PA-nın özünə qarşı təxribat olduğunu diqqətə çatdırmışdı. Elxan Süleymanov bildirib ki, bununla belə, 16 martda erməni deputatlar çıxış edərək, Azərbaycana qarşı bir sıra hücumlar ediblər: “Onlar Dağlıq Qarabağın tanınmasını, eləcə də Azərbaycana qarşı qərəzli, həqiqətdən uzaq ittihamlar səsləndiriblər. Lakin avropalı deputatlar bu çıxışlara məhəl qoymayıblar və nəticədə ermənilərin təklifləri rədd edilib. Beləliklə, Azərbaycan nümayəndə heyəti İrəvanda olmasa da, Ermənistan tərəfinin bizim irəli sürdüyümüz düzəlişlərin ləğv edilməsi istiqamətində səyləri boşa çıxdı. Belə ki, biz Avronest PA-nın dörd məruzəsinə irəli sürdüyümüz düzəlişlərin plenar iclasda qəbul edilməsi hüququnu qorunmasına nail olduq. Azərbaycan nümayəndə heyəti üzvlərinin irəli sürdüyü və ya Avropa Parlamenti üzvləri ilə birgə imzaladığı bütün düzəlişlər artıq səsvermə siyahılarındadır”. Elxan Süleymanovun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti Avronest PA-nın sessiyasının İrəvanda keçirilməsinə öz etirazını bildirərkən dəfələrlə vurğulayıb ki, Ermənistan tərəfi bu beynəlxalq tədbirdən qondarma erməni soyqırımının 100 illiyinin təbliğatı vasitəsi kimi istifadə edəcək və bu əsassız iddiaları qabardaraq, özünün son 110 il ərzində Azərbaycan xalqına qarşı törətdiyi soyqırım cinayətlərini ört-basdır etməyə çalışacaq: “Doğrudan da, sessiyanın ilk günü göstərdi ki, biz öz proqnozlarımızda yanılmamışıq. Belə ki, Ermənistan tərəfi özlərinin təxribat xarakterli tarixi “ənənələrinə” sadiqlik nümayiş etdiriblər və qondarma erməni soyqırımının 100 illiyinə dair qətnamə layihəsi irəli sürüblər. Qətnamə layihəsində 1915-ci ildə Osmanlı dövləti ərazisində ermənilərə qarşı soyqırımı cinayəti həyata keçirildiyi iddia edilir və Türkiyəyə öz tarixi ilə barışması barədə çağırış edilir. Prosedur qaydalarına əsasən bu qətnamə layihəsi sessiya ərzində müzakirə edilməlidir və onun qəbul olunmasını istisna etmək olmaz. Beləliklə, Avronest PA öz sessiyasını İrəvanda keçirməklə özünü Ermənistanın sərsəm soyqırımı iddialarının təbliğatı maşınına çevirməsi təsdiqini tapdı. Düşünürəm ki, sessiya zamanı Ermənistan tərəfinin yeni təxribatlarının şahidi olacağıq”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info