Ünvanlı sosial yardım alanların sayı 25 % azalıb
Tarix: 17.03.2015 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Azərbaycan əhalisinin gəlirlərində artım dinamikası və dövlət yardımlarının təyinatında ünvanlılıq və şəffaflığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində ölkədə ünvanlı dövlət sosial yardımı alan ailələrinin sayı azalmaqda davam edir. Belə ki, cari ilin fevral ayında respublikada 109124 ailə (475936 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, 36380 ailə yəni 25% azdır.
Ünvanlı yardım alanların sayının azalması digər tərəfdən aztəminatlı ailələrə ünvanlanan yardımların məbləğinin artması ilə müşahidə olunur. Belə ki, ünvanlı sosial yardımın orta aylıq məbləği hər ailə və hər ailə üzvü üçün 12,1% artmaqla müvafiq olaraq 141,8 manat və 32,35 manat təşkil edib. Ünvanlı dövlət sosial yardımı alan ailələrin 31287-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Yardımla təmin olunan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 225637 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5433 nəfər, 1 yaşadək ailə üzvlərinin sayı 6148 nəfər təşkil edir.
Hazırda Azərbaycan Prezidentinin “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq Tədbirlər Planı əsasında ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması istiqamətində işlər aparılır. Bu işlərin nəticəsi olaraq vətəndaşlar ünvanlı dövlət sosial yardımları üçün fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.) və ya xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə e-müraciət imkanlarına malik olacaq və yardımların təyinatı prosesi elektron əsaslar üzərində aparılacaq.

İlkin




 
Bölməyə aid digər xəbərlər
16.12.2019
Nərazət-buraxılış məntəqəsinə hücum olunub, ölənlər var
16.12.2019
Həftənin ilk iş günü hava necə olacaq?
15.12.2019
Türkiyə ABŞ üçün İncirlik aviabazasını bağlaya bilər
15.12.2019
“Milli Şura“ mühacir alverində adı hallanan dərnəkdir, siyasi təşkilat deyil
15.12.2019
Leyla Əliyeva növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info