S.Həsənova: “Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb”
Tarix: 17.03.2015 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Dünyada böhranların sıxlığının artması, əhatəsinin genişlənməsi, geosiyasi risklərin və iqtisadi təzyiqlərin yüksəlməsi digər ölkələr kimi, əlbəttə Azərbaycanın da qarşısında çağırışlar qoyur. Bunu Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Bakıda keçirilən Azərbaycan İnvestisiya Forumunda çıxışı zamanı deyib: “Dünya bazarında xam neftin qiymətinin aşağı enməsi, onun ortamüddətli dövrdə 50-60 dollar səviyyəsində proqnozlaşdırılması, bu fonda dolların bahalaşması, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manata təzyiqi artırıb, orta və uzun müddətdə ölkə iqtisadiyyatını qorumaq üçün qabaqlayıcı tədbirləri zəruri edir”. S. Həsənova qeyd edib ki, mövcud şəraitdə görülən bütün işlərin, əldə olunan bütün nailiyyətlərin əhəmiyyəti dəfələrlə artır: “Eyni zamanda, qarşıda qoyduğumuz prioritetlərin də həyata keçirilməsinin sürətləndirilməsinin zərurəti də artır ki, biz öz amallarımıza, hədəflərimizə nail olaq, iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyini artıraq, makroiqtisadi sabitliyi qoruyaq, qeyri-neft sektorunun inkişafını təmin edək”.
S. Həsənova qeyd edib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı real ifadədə 3 dəfə, dövlət büdcəsi 13 dəfə artıb, ölkəyə yatırılan investisiyaların həcmi 177 mlrd. dollar olub ki, bunu da 123 mlrd. dolları qeyri-neft sektoruna yönəldilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info