Bayram günlərində əhalinin enerji tələbatı tam ödəniləcək
Tarix: 17.03.2015 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


“Azərenerji” ASC Novruz bayramı üçün nəzərdə tutulan 8 gün ərzində stansiyalarının keyfiyyətli və dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün müəssisələrdə məsul növbətçilər və əlavə qəza-bərpa briqadaları fəaliyyət göstərəcək.
“Azərenerji” ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, həmin günlərdə qrafik üzrə planlaşdırılmış təmir işlərin aparılması nəzərdə tutulmur.
“Digər günlərə nisbətən bayram günlərində elektrik enerjisinə olan tələbatın artması ilə əlaqədar elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, “Azərenerji” ASC-nin struktur vahidinə daxil olan qurumlarda hər hansı çətinliklərin yaranması gözlənilmir. Bu bayram günlərində də respublikamızda enerji təchizatı müəssisəsinin tələbatına uyğun elektrik enerjisi ilə təmin edilməsi üçün müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilib və bütün imkanlar səfərbər edilib”, - deyə məlumatda qeyd edilir.
Məlumatda qeyd edilib ki, ilin əvvəlindən nəzərdə tutulan işlər yerinə yetirilib: “Bütün elektrik verilişi xətlərinə və yarımstansiyalara növbədənkənar baxış keçirilib. Əlavə mal-material ehtiyatı yaradılıb və növbətçi briqadaların sayı artırılıb. Bu briqadalar nəqliyyat vasitəsilə təmin olunub”.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Əlyazmalar İnstitutu işçi axtarır - Müsabiqə elan edildi
12.11.2019
Leyla Əliyeva “Bizim həyət“ layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib
09.11.2019
İnsanlar hansı yaşda işdən getməlidir?
09.11.2019
Vilayət Eyvazov paytaxt sakinlərini qəbul edib
09.11.2019
Nazirlər Kabineti sürücülük vəsiqələrinə dəyişiklik etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info