Təhsil müəssisələrində dərs keçmək üçün xarici mütəxəssislər dəvət ediləcək
Tarix: 17.03.2015 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Xaricdən Azərbaycana dəvət ediləcək müəllim və professorlar ölkənin ali məktəblərində yalnız müəllimlik fəaliyyəti ilə məşğul olmayacaqlar. Bu şəxslər həm də tədris proqramlarının, elmi tədqiqat işlərinin aparılmasına yardım göstərəcəklər. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan İnvestisiya Forumunda çıxış edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan Təhsil Nazirliyi ölkənin təhsil müəssisələrində dərs keçmək üçün xarici mütəxəssisləri dəvət edəcək.
Nazir bildirib ki, TN hazırda Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı yeni dövlət proqramı hazırlayır. Həmin proqram çərçivəsində xarici mütəxəssislərin də ölkəyə dəvət edilməsi nəzərdə tutulur: “Ötən həftə Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı hazırkı dövlət proqramının növbəti illərdə davam etdirilməsi məsələsi müzakirə edildi. Yeni proqram çərçivəsində biz xarici ölkələrin müəllim və professorlarını ölkəyə dəvət etməyi planlaşdırırıq”.
M.Cabbarov qeyd edib ki, proqram çərçivəsində artıq təxminən 900 tələbə xarici ölkələrin ali məktəblərinin məzunu olub. Onun sözlərinə görə, son iki ildə bu proqram çərçivəsində 1000-dən çox azərbaycanlı gənc xaricə göndərilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info