Rusiya XİN-dən Arzanqulyanla bağlı açıqlama
Tarix: 17.03.2015 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


“Notada Arzanqulyanın Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində anadan olduğu nəzərə alınaraq, onun sürücülük vəsiqəsində qeyd olunan “Dağlıq Qarabağ” ifadəsi ilə DQMV-nin nəzərdə tutulduğu bildirilir”
“Sosial şəbəkələrdə Emil Arzanqulyan adlı şəxs tərəfindən Rusiya Federasiyasında aldığı sürücülük vəsiqəsində doğum yerinin “Dağlıq Qarabağ” göstərildiyi barədə məlumat yayılıb. Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilmiş təlimat əsasında ölkəmizin Moskvadakı səfirliyi bununla əlaqədar Rusiyanın Xarici İşlər və Daxili İşlər nazirliklərinə müraciət edib”.
Bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı cavab notasında Rusiyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyi, Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində üzərinə götürdüyü öhdəliklərə davamlı şəkildə sadiq qaldığı bildirilir: “Arzanqulyan tərəfindən sosial şəbəkələrdə yayılmış məlumatın heç bir halda Rusiyanın bu məsələ ilə əlaqədar rəsmi mövqeyinə aidiyyəti olmadığı vurğulanır”.

Notada həmçinin Rusiya Daxili İşlər Nazirliyinin 13 may 2009-cu il tarixli 365 nömrəli əmri ilə təsdiq olunmuş Rusiyada sürücülük vəsiqələrinin rəsmiləşdirilməsi və verilməsi haqqında qaydalara müvafiq olaraq, sürücülük vəsiqələrinin doğum yeri adlı bölməsində daha böyük inzibati-ərazi vahidinin adının qeyd olunduğu barəsində məlumat verilir: “Notada Arzanqulyanın müəyyən edildiyi kimi Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) anadan olduğunu nəzərə alaraq, onun sürücülük vəsiqəsində qeyd olunan “Dağlıq Qarabağ” ifadəsi ilə ASSR-in DQMV-nin nəzərdə tutulduğu bildirilir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
Azərbaycan növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Avropa Şurasına dəvət göndərib
11.12.2019
YAP nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
11.12.2019
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu ABŞ-da minə yaxın kimsəsiz insana süfrə açıb
10.12.2019
Sivil mübarizədən yayınanlar yenə boykota sığınır
10.12.2019
YAP növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
2 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
3 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
4 Avropada işsizlər ordusu yaranır
5 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info