“2018-ci ildə bütün Azərbaycan geniş zolaqlı internetdən istifadə edəcək”
Tarix: 17.03.2015 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsas məqsədi telekommunikasiya şəbəkələrində ən son texnologiyaların tətbiqi, həmçinin geniş zolaqlı internetin bütün Azərbaycana çatdırılmasıdır. Bunu Bakıda keçirilən Azərbaycan İnvestisiya Forumunda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib: “Hədəf budur ki, 2018-ci ilə Azərbaycanda 85% əhali yüksək sürətli geniş zolaqlı internetə, yəni kənd yerlərində 30 Mbit/s, şəhərdə 100 Mbit/s internetə çıxış sürətinə malik olsun. Əgər həmin tarixə buna çata bilsək, demək olar ki, bu, inkişaf etmiş ölkələrin göstəricilərinə yaxın olacaq”. Nazir qarşıda duran əsas hədəflər arasında ölkədə rəqəmsal televiziya, peyk texnologiyalarının inkişafı məsələlərinin də adını çəkib. 2017-ci ildə Azərbaycanın növbəti peykini orbitə çıxaracağını deyən Ə. Abbasov Azərbaycanın bununla da kosmik fəzada öz yerini möhkəmləndirmək fikri olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu sahəyə həm dövlət, həm də özəl sektor və xarici şirkətlər tərəfindən investisiya qoyulması üçün şəraitin yaradılması nəzərdə tutulub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
AFB Bank-dan FHN əməkdaşları üçün xüsusi kampaniya
10.12.2019
Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib
10.12.2019
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10.12.2019
Yanvarın 1-dən bütün pensiyalar 13-14 faiz artırılacaq
10.12.2019
İordaniyanın Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
2 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
3 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
4 Avropada işsizlər ordusu yaranır
5 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info