Paytaxtda bəzi yollar genişləndirilir
Tarix: 17.03.2015 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-in Bakı şəhərində xidmət etdiyi avtomobil yolları, prospekt və küçələr üzrə zəruri olan hissələrdə genişləndirilmə işləri davam etdirilir.
"Azəryolservis" ASC-dən bildiriblər ki, Biləcəri enişindən və X.Natəvan küçəsindən Rəşid İsmayılov küçəsinə və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə artıq yenidənqurma işlərinə başlanılıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən verilən məlumata görə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Rəşid İsmayılov küçəsində hərəkət zolaqlarının artırılması istiqamətində işlər həyata keçirilir. Sözügedən küçənin X.Natəvan küçəsi ilə kəsişməsindən Bakı-Quba yolunun 7-ci km-də yerləşən yolötürücüsünə qədər olan hissəsində genişləndirmə işləri aparılır.
X.Natəvan küçəsi ilə kəsişməsindən Avtovağzal dairəsinə qədər olan hissəsi hər bir zolağı 3,75m olmaqla 3 hərəkət zolaqlı, Avtovağzal dairəsindən X.Natəvan küçəsi ilə kəsişməsinədək olan hissəsi isə hər zolağı 3,5m olmaqla 2 hərəkət zolaqlı avtomobil yolu və avtobuslar üçün eni 7,5m olan zolaq və cib nəzərdə tutulub. Bundan əlavə, həmin ərazidə yerləşən dairənin kiçildilməsi planlaşdırılır. Yeni layihəyə əsasən dairənin radisu 11m, diametri isə 22m təşkil edəcək.
Dairədən Avtovağzal istiqamətinə olan 110 metrlik məsafə 4gediş-4gəlişdən ibarət olacaq. Əlavə olaraq avtobuslar üçün hərəkət zolağı və dayanacaq inşa olunacaq. Eyni zamanda Bakı-Quba yolunun yenidən qurulmuş 6-9km köməkçi hissəsindən Avtovağzal istiqamətinə olan sahəsində eni 3,5m olan yeni zolaq salınacaq. Hazırda ərazidə yol geyiminin tikintisinə start verilib. Hava şəraiti normal keçərsə, işlərin yaxın bir ay ərzində tamamlanması gözlənilir. Nəzərdə tutulan yenidənqurma işlərindən sonra yeni inşa olunmuş dairəvi qovşaq və zolaqlar hesabına həmin ərazidə nəqliyyat sıxlığı aradan qaldırılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info