Ölkənin strateji valyuta ehtiyatları artıb
Tarix: 17.03.2015 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Keçən il dövlət büdcəsinin daxili vergilər və xarici ticarət əməliyyatları üzrə gəlirlərinin artımla yerinə yetirilməsi bütün iqtisadi və sosial proqramlar üzrə xərclərin icrasını təmin edib, ölkənin strateji valyuta ehtiyatları artaraq ilin sonuna 51,3 milyard dolları keçib.
Bunları Baş nazir Artur Rasizadə Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatla çıxış edərkən bildirib.
Baş nazir bildirib ki, ümumilikdə, ölkənin sosial-iqtisadi inkişafı əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradıb. Ünvanlı dövlət sosial yardımı alan şəxslərin sayı bu səbəbdən 33,7 faiz azaldılıb, eyni zamanda, bir ailəyə düşən orta aylıq sosial yardım 149 manatadək artırılıb. Yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 192 manat təşkil edib.
“Qarabağ və Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərə 1453 minik avtomobili ayrılıb, 172 ailəyə yeni mənzil verilib”, - deyə Baş nazir əlavə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info