Almaniya, İtaliya və Fransa ABŞ-ın iradəsinin əksinə hərəkət edirlər
Tarix: 17.03.2015 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Almaniya, İtaliya və Fransa Çinin rəhbərliyi ilə qurulan Asiya İnfrastruktur İnvestisiya Bankına (Asia Infrastructure Investment Bank, AIIB) daxil olmağı planlaşdırır.
”Vestifinance.ru” saytı xəbər verir ki, bir qədər əvvəl Böyük Britaniya Vaşinqtonda yerləşən Dünya Bankının potensial rəqibi sayılan AİİB-ə üzvlük üçün ərizə verən ilk Qərb dövləti olub.
ABŞ-ın Asiya-Sakit Okean hövzəsində əsas müttəfiqi olan Avstraliya da bu məsələ ilə bağlı mövqeyinə yenidən baxacağını bəyan edib. Vaşinqton Qərb ölkələrini kreditləşmənin daha yüksək standartlarına nail olmaq üçün onlara xaricdən təzyiq edilə biləcəyi səbəbindən baka üzvlükdən çəkinməyə çağırıb.
Qeyd edək ki, AİİB Qərb maliyyə institutlarının dominant mövqelərini zəiflətməyə və regionda öz nüfuzunu artırmağa cəhd edən Çinlə yanaşı, daha 20 Asiya ölkəsi tərəfindən 2014-cü ilin oktyabr ayında yaradılıb.
Asiyanın kasıb regionlarında yolların salınmasına, telekommunikasiya və digər infrastruktur islahatlarının inkişafına vəsait ayıracaq banka rəhbərlik edən Çin onu gələn ilin sonlarında rəsmən işə salmağı planlaşdırır.
Asiya İnkişaf Bankının potensial rəqibi olan bankın yaradılması ideyası müttəfiqlərini bu layihədə iştirakdan imtina etməyə çağıran ABŞ tərəfindən müqavimətə rast gəlib.
AİİB ilk mərhələdə fəaliyyətini Avropaya yeni ticarət marşrutu olacaq Yeni İpək Yolunun yaradılmasına cəmləyəcək. Bankın maliyyələşdirməyi planlaşdırdığı layihələr sırasında Bağdad və Çin arasında birbaşa dəmir yol əlaqəsinin qurulması da yer alır.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info