NDU dünyanın 80 universiteti ilə əlaqə qurub
Tarix: 17.03.2015 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasında elm və təhsilin vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirənın yekunları və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək müşavirədə müzakirə olunan məsələlərdən danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Sədri Vasif Talıbov müşavirədəki çıxışında ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyasından, təhsil siyasətinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, muxtar respublikada təhsilin müasir inkişaf səviyyəsindən bəhs edib. Rektor, Ali Məclisin Sədrinin müşavirədə verdiyi tövsiyə və tapşırıqları, ali təhsilin inkişafı məqsədilə müəyyənləşdirdiyi prioritet istiqamətləri diqqətə çatdıraraq 2014-2015-ci tədris ilində universitetin elm, tədris, beynəlxalq əməkdaşlıq sahəsində qazandığı nailiyyətlərə nəzər salıb. Qeyd olunub ki, çoxillik ənənələrə, tarixi inkişaf yoluna malik universitetdə müasir dünya təhsil sisteminin tələblərinə cavab vermək üçün əhəmiyyətli addımlar atılıb. Universitetin maddi-texniki bazasını gücləndirilməsinə bilavasitə dövlət qayğısının nəticəsidir ki, ötən tədris ilində yeni tədris korpusları tikilib, müasir avadanlıqlarla təchiz olunmuş yeni tədris laboratoriyaları, fənn kabinələri istifadəyə verilib. “Baytarlıq” ixtisasının yeni tədris korpusunun və müasir tipli universitet xəstəxanasının binası isə bu yaxınlarda istifadəyə veriləcək. Dünyanın 80-dən çox tanınmış universiteti ilə əməkdaşlıq edən bu ali məktəb TEMPUS proqramı ilə qarşılıqlı əməkdaşlıq şəraitində 5 layihənin iştirakçısıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri çox hörmətli Vasif Talıbovun iştirakı ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə həyata keçirilən, Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli layihə olan “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin açılışı bütünlükdə Azərbaycan ali təhsil tarixində əlamətdar hadisədir. Rektor, Ali Məclisin Sədrinin müşavirədəki çıxışında öz kökünə, adət-ənənəsinə, ana dilinə və torpağına sədaqətli, vətənpərvər və təhsilli gənclik yetişdirməklə bağlı qarşıya qoyulan vəzifələr, görüləcək işlər barədə də məlumat verib. Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid 14 mart 2015- ci il tarixdə keçirilən müşavirə ilə bağlı ətraflı məruzə edərək bildirib ki, Cənab Sədr müşavirədəki çıxışında müasir dövrün məktəbi dedikdə burada yalnız tikilən və yeni yaradılan binalara deyil, eyni zamanda onun bütünlükdə məzmununa da diqqət yetirildiyini xüsusi vurğulayıb, tədris binasında yaradılan şəraitin səviyyəsinin təhsil alanın psixologiyasına və tədrisin səviyyəsinə təsir göstərdiyini qeyd edib. Tədris işləri üzrə prorektor vurğulayıb ki, Naxçıvan Dövlət Universitetində bakalavr, magistratura, rezidentura və doktorantura səviyyələri üzrə kadr hazırlığı uğurla həyata keçirilir. 10 fakültə və 47 kafedranın, magistratura və xarici tələbələrlə iş üzrə dekanlıqların fəaliyyət göstərdiyi universitetdə hazırda 237 nəfəri xarici ölkə vətəndaşı olmaqla 5349 nəfər tələbə ali təhsil alır. Cənab Sədrin çıxışında qeyd etdiyi kimi, yeniləşmiş təhsil mühitində tədrisin təşkili formalarının tətbiqi məqsədilə universitetdə Boloniya prosesinə keçidlə bağlı proqram təminatı, qiymətləndirmə, mobillik və s. məsələlər təcrübə mübadiləsi əsasında inkişaf etdirilir. Gürcüstanın Batumi Dövlət Universiteti, Çexiya Masarik Universiteti, Rumıniyanın Babeş-Bolyai Universiteti, Penza Dövlət Universiteti ilə razılaşdırılmış müqavilələr əsasında tələbə mobilliyi həyata keçirilir. 2014-cü ildə Naxçıvan Dövlət Universitetinin “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsi üzrə müsabiqədə ölkə üzrə birinci yeri tutması isə muxtar respublikada ali təhsilin inkişafına göstərilən dövlət qayğısının əməli nəticəsidir. Universitetin beynəlxalq reytinq cəsvəllərində yerinin müəyyənləşdirilməsi növbəti tədris ilində qarşıya qoyulan əsas hədəflərdəndir. Bu ali təhsil ocağında beynəlxalq əlaqələrin gücləndirilməsi, müəllim və tələbə mübadiləsinin davam etdirilməsi istiqamətində də əhəmiyyətli işlər görülür. 2 nəfər AMEA-nın həqiqi, 7 nəfər müxbir üzvünün, 28 professor, 28 elmlər doktoru, 178 fəlsəfə doktoru, 11 dosentin fəaliyyət göstərdiyi ali məktəb kollektivi bundan sonrakı fəaliyyətinimüşavirədə elmi fəaliyyət istiqaməti üçün verilən tövsiyələr əsasında quracaq. Universitetin çoxsaylı professor-müəllim heyəti Ali Məclis Sədrinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, yüksək nizam-intizam yaradılması ilə bağlı tapşırıqlarını rəhbər tutacaq, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün əzmlə çalışacaq. Tələbə Elmi Cəmiyyətinin sədri Ramazan Abdullayev çıxış edərək universitetin keçdiyi inkişaf yolundan, tələbələrin elm və təhsildə, ictimai işlərdə çalışmaları üçün hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasından danışıb. Diqqətə çatdırılıb ki, ötən tədris ilində Tələbə Elmi Cəmiyyəti xətti ilə 400-dən çox tələbə elmi-tədqiqat işlərinə cəlb olunub, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında GənclərFondu ilə birgə “Naxçıvanı kəşf et”, “I zəka Oyunları” festivalı keçirilib. Ramazan Abdullayev tələbələr adından söz verib ki, daha yaxşı oxuyacaq, elm və təhsildə fərqlənəcək, dövlətçilik ideyalarını, milli dəyərləri sədaqətlə yaşadıb inkişaf etdirəcəklər.

Mehriban SULTAN
Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info