Kəmaləddin Heydərov UNİCEF-in nümayəndə heyəti ilə görüşüb
Tarix: 17.03.2015 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Azərbaycan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov martın 17-də UNİCEF-in Mərkəzi və Şərqi Avropa ölkələri və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru, xanım Mari-Pyer Puaryenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, K. Heydərov FHN-in UNICEF-in Bakı ofisi ilə sıx əməkdaşlıq etdiyini, bir sıra mühüm layihələr həyata keçirdiyini diqqətə çatdırıb.
O, Azərbaycanın ev sahibliyi edəcək Birinci Avropa Oyunlarının ölkəmizin tarixində ən əlamətdar hadisələrdən biri olduğunu, nazirliyin əməkdaşları tərəfindən bu əlamətdar tədbirə hazırlıqla bağlı genişmiqyaslı texniki və təhlükəsizlik tədbirləri proqramı həyata keçirildiyini bildirib.
Xanım Mari-Pyer Puarye deyib ki, onun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri Novruz bayramı və qarşıdan gələn mühüm tədbir - Birinci Avropa Oyunları ərəfəsinə təsadüf edir. Qonaq UNİCEF-in Azərbaycanla, o cümlədən müvafiq sahələr üzrə FHN-lə uğurlu əməkdaşlığı davam etdirmək əzmində olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
İyulda hərbi xidmətə göndərilən çağırışçılar xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırılacaqlar
19.06.2019
Yeni biznes portalı fəaliyyətə başlayıb
19.06.2019
Macarıstan gənc alimləri arasında Qarabağla bağlı təqdimat və kitab sərgisi keçiriləcək
19.06.2019
ABŞ Səfirliyi Amerikalı İdman Elçilərinin Azərbaycana səfərini maliyyələşdirir
19.06.2019
“UAM” jurnalı Azərbaycandan üzr istəyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info