Gürcüstan parlamentinin sədri: “Ölkədə zorakılıqlara son qoymaq lazımdır”
Tarix: 17.03.2015 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


“Bizim ölkənin daxili həyatındakı quruluşdan və effektli mütərəqqi inkişafdan danışmağa dəyməz”

Bu gün Qərb dairələrinin yol tapdığı və onların marionetinə çevrilən bəzi region ölkələri bir neçə ildir reklam edilir, onlar “demokratiya nümunələri” kimi digər region ölkələrinə misal çəkilir, ərköyün uşaqlar kimi hər yerdə həmin ölkələrin “başı sığallanır” və sair. Onları Qərb mediası və Qərbdən idarə olunan beynəlxalq qurumlar xüsusilə tərifləyirlər, hesabatlarında bu cür ölkələrin reytinqlərini göz görə-görə şişirdirlər. Amma həqiqətən də həmin ölkələr digərlərinə nümunə çəkilə bilərmi?
Qeyd edək ki, son on ildən artıq müddətdə qonşu Gürcüstanda Qərbmeyilli qruplar hakimiyyətə gələndən sonra Qərb təşkilatları adıçəkilən ölkə ilə bağlı belə bir reklam kampaniyası aparırdılar. Amma bu ölkənin daxilində Saakaşvili dönəmində baş verən kifayət qədər qanunsuzluqlar bu reklamın tam əksini göstərirdi. Bu barədə elə Gürcüstan KİV-i kifayət qədər yazıb və süjetlər nümayiş etdirib. Amma belə görünür ki, bu ölkədə vəziyyət heç də yaxşılığa doğru dəyişməyib. Bu dəfə isə bu mövzuda Gürcüstan parlamentinin spikeri hiddətlə danışıb.
“Ölkədə zorakılıqlara son qoymaq lazımdır. Yoxsa NATO və Avropa Birliyinin qapıları üzümüzə bağlı qalacaq, çünki NATO və Avropa Birliyində sivil dövlət görmək istəyirlər”. Gürcüstan KİV-i olan “Gruzia online”məlumat verir ki, bu barədə Gürcüstan parlamentinin sədri David Usupaşvili bildirib. Onun sözlərinə görə, dava-mərəkə və zorakı metodlarla nəyəsə nail olmaq mümkün deyil: “Bir daha sizə qəti şəkildə bir şeyi bildirmək istəyirəm ki, bu cür davranışlar yalnız əks-effekt verir. Ölkədə zorakılıqları bitirmək lazımdır. NATO-da əvvəlcə ancaq “Milli hərəkat”ı görmək istərmirdilər. İndi də NATO və Avropa Birliyində yalnız “Gürcü arzu”sunu kimsə gözləmir. Bütün davranışlarımız bizi dünya arenasındakı ən ümdə məqsədlərimizdən uzaqlaşdırır. Bizim ölkənin daxili həyatındakı quruluşdan və effektli mütərəqqi inkişafdan danışmağa dəyməz”.
Qeyd edək ki, ötən bazar günü “Gürcü arzusu”nun fəalları və tərəfdarları “Vahid milli hərəkat”ın ofisinin yanında etiraz aksiyası keçiriblər. Bu aksiya ofisdə yerləşən partiyanın martın 21-ə planlaşdırdığı mitinqlə bağlı olub. Etiraz aksiyasında dava-mərəkə qopub. Düşmən tərəflər bir-birilərini dəyənəklərlə vurublar. Ofisin pəncərələrinin güzgüləri sındırılıb, dava düşüb. Aksiyadan sonra iştirakçılar yenə ofisə hücum çəkiblər və bu dəfə də fiziki qarşıdurma baş verib.
Buradan görünür ki, Gürcüstanda siyasi təşkilatlanma sırf antidemokratik və eləcə də qeyri-sivil səviyyədədir. Və haqqında danışılan olay, belə görünür ki, Gürcüstanda ən adi haldır. Yəni onların siyasi arenası bu cür “demokratik” dəyənək qarşıdurması ilə assosiasiya olunur. Bunu təkcə biz demirik. Burada mənbəsi göstərildiyi kimi, bunu Gürcüstan parlamentinin spikeri açıq və hiddətlə etiraf edir və əlavə edir ki, nə qədər ki, Gürcüstanda bu cür zorakılıqlar hökm sürür, Avropanın qapıları üzlərinə bağlı qalacaq.
Dəfələrlə yazılarımızda qeyd etmişik ki, Qərb digər bölgələrdə demokratiyanın yayılmasını istəmir və əslində Qərb dairələrinin məqsədi müstəqil, milli demokratik inkişaf yolu tutmuş ölkələrin inkişafının qarşısını almaq və onları tam marginallaşdırmaqdır. Bu cür ölkələr marginallaşandan və Qərbin hər dediyini yerinə yetirəndən sonra isə onlara “demokrat” da demək olar, üstəgəl onlar üçün istənilən formada saxta imic də yaratmaq olar. Saakaşvili Gürcüstanı zamanında olduğu kimi. Yaxud indi də “Freedom House” təşkilatı öz hesabatlarında Azərbaycandan yüksək reytinqlə, “azad ölkə” kimi təqdim edilir. Bu cür zorakılıqlar baş verən bir ölkə “azad ölkə” kimi göstərilir, amma Azərbaycan “azad olmayan ölkə” kimi təhrif edilir. Halbuki Gürcüstanın daxilində nələr baş verdiyi, onun siyasi arenasının nə gündə olduğu bu ölkənin parlament sədri səviyyəsində açıq etiraf edilir... Buradan Qərbin sırf öz geopolitik maraqlarından doğan ifrat qərəzi və ikili standartları bir daha göz önünə gəlmiş olur... Görünən dağa heç bir bələdçi lazım deyil...

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info