Lerikdə icra edilən su təchizatı layihəsinin bağlanış mərasimi keçirilib
Tarix: 17.03.2015 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) nəzdində yaradılan Etika Akademiyasının rəhbəri Günel İbrahim JTİ şirkətinin dəstəyi ilə koordinator olduğu Lerik rayonunda icra edilən su təchizatı layihəsinin bağlanış mərasimində iştirak edib. AGAT-dan bildirilib ki, layihənin məqsədi Lerik rayonunun Cəngəmiran kənd sakinlərini içməli su ilə təmin etmək üçün sub-artezian quyusunun qazılması və sub-artezian sisteminin müvafiq qaydada quraşdırılması idi.
Əhalisi 2000 nəfər olan Cəngəmiran kəndi qədim tarixə malikdir. Kənddə məktəb və uşaq bağçası var. Əvvəllər ətrafda digər su mənbələri olmadığına görə kənd əhalisi bir neçə kilometr yol qət edib, su əldə edirdilər. Layihədən sonra isə bu problem aradan qalxmışdır və onlar daimi və təhlükəsiz su ilə təmin olunacaqlar.
Açılış mərasimində Lerik rayonu İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov JTI şirkətinin nümayəndələri və iştirak edib. Gunel İbrahim JTI təşkilatına, yaradılan şəraitə və artezian quyusunun istismarına görə isəLerik rayonu icra hakimiyyətinin başçısı Rövşən Bağırova öz təşəkkürünü bildirib. Daha sonra JTI şirkətinin nümayəndələri korporativ sosial məsuliyyətin vacib olduğunu və belə layihələrin şirkət tərəfindən daim dəstəkləndiyini qeyd edib.
Qeyd edək ki, bu layihə Japan Tabacco İnternational (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirilən ikinci layihədir. Təşkilatı məsələlər AR Milli QHT Forumu tərəfindən həyata keçirilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Prezident Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub
26.03.2019
Şahbuzda çoxmərtəbəli yaşayış binası inşa olunur
26.03.2019
Bayramdan sonra ilk iş gününün havası: yağmursuz, küləkli
26.03.2019
Qubanın Qırız kəndinə 20 santimetr qar yağıb
25.03.2019
Culfada yeni meyvə bağları salınır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10706

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info