Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
Tarix: 17.03.2015 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


İnsanları baharın gəlişi, təbiətin oyanışı, həyatın canlanması, saf ruh, xoş ovqatla müjdələyən Novruz bayramı münasibəti ilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı rayonu “Atəşgah Məbədi” Tarix-Memarlıq Qoruğunun qarşısındakı meydanda ümumrayon şənliyi keçirilib. Bayram tədbirində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, 3 minə yaxın rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Bayram münasibətilə “Atəşgah Məbədi” Tarix-Memarlıq Qoruğunda böyük mərasim təşkil olunub. Bahar qız, Keçəl, Kosa şənliyə gələnlərə el adətincə səməni və xonça təqdim edib, məzəli söhbətləri ilə gələnlərə bayram əhval-ruhiyyəsi bəxş ediblər. Milli geyimli qızlar, oğlanlar meydanda rəqs ediblər. Rayonun mədəniyyət saraylarının və mədəniyyət evlərinin, musiqi məktəblərinin incəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları dalğa-dalğa hər tərəfə yayılıb, bayram mərasiminin iştirakçılarında xoş ovqat doğurub. Rayon Ağsaqqallar şurası idarə heyətinin üzvü Mirzəağa Quliyev “Atəşgah Məbədi”ndən götürdüyü odla bayram tonqalını alovlandıraraq xalqımızı qədim el bayramı münasibətilə ürəkdən təbrik edib.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayon sakinlərini təbrik edərək xüsusi vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli–mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşıb, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərib. Xalqımız bugünkü Novruzu da böyük ruh yüksəkliyi ilə bayram edir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz müstəqillik, demokratiya yolu ilə inamla addımlayaraq bütün sahələrdə geniş islahatlar proqramını həyata keçirir, suveren Azərbaycanımız dünya birliyinə inamla inteqrasiya edir, iqtisadiyyatımız durmadan inkişaf edir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xalqın milli varlığını özündə yaşadan hər bir maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində çox böyük işlər görür. Rayon rəhbəri Azərbaycanın xoşbəxt gələcəyi, firavanlığı, ölkəmizin dirçəlişi və ərazi bütövlüyünün bərpası naminə gördüyü işlərdə Prezident İlham Əliyevə uğurlar arzulayıb.
Bayram konsertinin aparıcıları öz çıxışlarında qeyd ediblər ki, xalqımız doğma Azərbaycanımızın hər yerində qədim el bayramı olan Novruzu böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qarşılayır. Novruz öz çal-çağırı, qədim mərasimləri, gur tonqalları ilə yüz illərdir ki, xalqımızın sevinc, şadlıq mənbəyi, gün-güzaranının yaraşığı olub, tariximizin müxtəlif dövrlərində təzyiqlərə məruz qalsa da, bu günümüzə qədər gəlib çatmış, dövlət səviyyəsində qeyd olunan bayramlar sırasına daxil olub. Bayram şənliyində incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdiriblər, "Kosa, Keçəl və Bahar qız" tamaşasını göstəriblər, rəngarəng konsert proqramı ilə çıxış ediblər. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar, kəndirbazlar öz məharətlərini göstəriblər. Şənlik iştirakçıları qədim xalq mahnılarını ifa edib, milli musiqinin sədaları altında rəqs ediblər. Bu əziz bayramı Suraxanı sakinləri böyük sevinc və fərəhlə qeyd ediblər.
Bayram tədbirləri rayonda davam edir. Belə ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18-21 mart tarixlərində “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi”ndə, 2 saylı Uşaq evində, rayonun bütün qəsəbələrində bayram şənlikləri keçiriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info