Gənclər üçün əmək yarmarkası təşkil ediləcək
Tarix: 17.03.2015 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon Təşkilatının birgə təşkilatçılığı ilə sabah, martın 18-də Bakının Nəsimi rayonunda gənclər üçün Əmək yarmarkası keçiriləcək.
“Nizami” kino mərkəzində (Bülbül prospekti 20) təşkil olunan aktiv məşğulluq tədbirində 47 müəssisə üzrə 500 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq. Həmin boş iş yerləri üzrə əmək haqqı 250-900 manat arasında dəyişir. Bundan əlavə olaraq, yarmarkada sosial cəhətdən həssas qruplardan olan şəxslər üçün kvota üzrə 107 boş iş yeri də təqdim ediləcək ki, onlardan 96-ı məhz əlilliyi olan şəxslər üçün nəzərdə tutulub. Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi tədbirdə peşə hazırlığına və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq. Eyni zamanda, müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər üçün səyyar Əmək Birjası təşkil olunacaq. Xatırladaq ki, ƏƏSMN tərəfindən ötən il respublikanın 60 rayon və şəhərində keçirilən əmək yarmarkalarında 5753 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib ki, onlardan 85 faizə yaxını, yəni 4838 nəfəri işlə təmin olunub.
İlkin




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info