“Rusiya ABŞ-ın hərbi planlarını məhv edib”
Tarix: 17.03.2015 | Saat: 23:24:00 | E-mail | Çapa göndər


“Krımın Rusiyaya birləşdirilməsi, ABŞ və ümumilikdə Qərbin bu
yarımadada hərbi-dəniz bazası yaratmaq arzusunu gözündə
qoyub”


“Bir çox xarici ekspertin iddiasına görə, NATO uzun müddət idi ki, nadir dəniz bazasına malik olan Sevastopolu öz təsiri altına almaqla Rusiyanın Qara dənizdəki fəaliyyətini məhdudlaşdırmağa çalışırdı. Lakin Şimali Atlantika alyansı bu planını həyata keçirmək imkanından məhrum oldu. Krımın Rusiyaya birləşdirilməsi, ABŞ və ümumilikdə Qərbin bu yarımadada hərbi-dəniz bazası yaratmaq arzusunu gözündə qoyub.
Bununla da NATO-nun Şərqi Avropadakı ambisiyalarına böyük zərbə vuruldu”. Bu fikirləri “Sputnik” telekanalına müsahibə verən xarici siyasətçilər bəyan ediblər. Britaniyalı ekspert, “Politiks” jurnalının baş redaktoru First Markus hesab edir ki, NATO Krımda hərbi-dəniz bazasına malik olmağı çoxdan arzulayırdı: “Alyans bu istəyini həyata keçirəcəyi təqdirdə, Qara dənizdə Rusiyanın mövqeyini sarsıtmış olacaqdı. Vaşinqtonun Krımla bağlı planları qeyri-müəyyən müddətə təxirə düşüb. Sevastopol dünyanın ən heyrətamiz bazalarından biridir. Amma hazırkı şərait deməyə əsas verir ki, NATO-nun Şərqi Avropadakı ambisiyaları zərbəyə məruz qalıb”. Serbiyalı siyasətçi, “Chronicles” jurnalının xarici siyasət məsələləri üzrə redaktoru Sredja Trifkoviç isə iddia edir ki, NATO-nun Sevatopoldan “ləyaqətlə” imtina etmək istəyi o qədər də ağlabatan deyil: “Unutmaq lazım deyil ki, Sovet İttifaqının süqutundan sonra Şimali Atlantik alyansı bütün zəmanətlərə baxmayaraq, artıq iki dəfə genişlənmə dalğası həyata keçirib. Krımın Rusiyanın tərkibinə qatılması Serbiya və Kosovodakı vəziyyətlə müqayisədə ABŞ-ın ikili standartlarına parlaq nümunədir. Ötən əsrin 90-cı illərinin sonlarında ABŞ beynəlxalq hüquq normalarını və BMT mexanizmini məhv edərək, Kosovonu Serbiyadan ayıraraq müstəqil dövlət elan etdi. Krımda keçirilən referendumda yarımada əhalisinin 96 faizi Rusiya ilə birləşmənin lehinə səs versə də, Avropa nəticələri tanımır. Məsələ ondadır ki, hazırda Krım Avropanın əlində Rusiyaya təzyiq və sanksiyalar tətbiq etməyi davam etdirmək üçün bəhanədir. Əminliklə bəyan edirəm ki, Qərb Rusiyaya təzyiq alətini itirməmək üçün Krımın birləşməsini tanımayacaq”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info