Ağsuda Novruz şənliyi keçirilib
Tarix: 18.03.2015 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


Ağsu şəhərindəki Heydər Əliyev parkında İlaxır çərşənbə - təmizlik, ülvilik, saflıq rəmzi olan Novruzun gəlişi kütləvi şənlik və müxtəlif mərasimlərlə qeyd olunub.
Bayramsayağı bəzədilən, bahar təravətli parka minlərlə sakin - ahıllar, gənclər, yeniyetmələr və uşaqlar toplaşıblar.
Əvvəlcə rayon rəhbərliyi Novruzun gəlişi münasibətilə ağsuluları təbrik edərək, onlara xoş bayram əhval-ruhiyyəsi, əmin-amanlıq, ölkəmizin tərəqqisi naminə əzmkarlıq arzulayıblar.
Sonra musiqi sədaları altında bayram tonqalı alovlandırılıb. Yazın rəmzi olan Bahar qızın meydana gəlişi isə böyük alqışlarla qarşılanıb.
Şən mahnılar, Kosa və Keçəlin zarafatları, idmançıların çıxışları ilə davam edən bayram şənliyi iştirakçılarda unudulmaz təəssürat, gözəl əhval-ruhiyyə yaradıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib
19.03.2019
Ağcabədidə şəhid ailələrinə bayram sovqatı paylanılıb
19.03.2019
Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu
19.03.2019
Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info