Ukraynada aktiv hərbi əməliyyatlar bərpa olunur?
Tarix: 18.03.2015 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


Ukrayna Ali Radası prezident Pyotr Poroşenkonun ölkə ərazisində sülhün qorunmasına yönələn beynəlxalq əməliyyatın keçirilməsinə dair BMT Təhlükəsizlik Şurası və Aİ Şurasına müraciətini dəstəkləyib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Radanın qəbul etdiyi qərarda deyilir.
Bundan başqa Ali Rada beynəlxalq təlimlərdə iştirakı üçün xarici qoşunların ölkəyə buraxılmasına dair prezidentin təklifini dəstəkləyib.
Bu qərar artıq Ukrayna-ABŞ və Ukrayna-Polşa hərbi təlimlərinin 2015-ci ildə keçirilməsini mümkün edir.
Bu arada RBK xəbər yayıb ki, separatçılar Donbasın bəzi ərazilərinin işğal olunmuş ərazilər kimi tanınması, eləcə də həmin ərazilərin statusuna dair Ukrayna Ali Radası tərəfindən qəbul olunan qanunları biabırçı adlandırıblar. Onlar bildiriblər ki, həmin sənədlər ləğv edilməsə, Kiyevlə kompromisə gəlmək mümkün olmayacaq.
Separatçı rejimlərin başçıları Aleksandr Zaxarçenko və İqor Plotnitski tərəfindən verilən birgə bəyanatda deyilir: “Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası bəyan edirlər ki, Poroşenko və Ali Rada tərəfindən qəbul olunan rüsvayçı qərarlar ləğv olunana qədər Kiyevlə hər hansı kompromis mümkün deyil. Donbasa xüsusi status verməkdən imtina etməklə Kiyev Minsk sülhünü tapdalayıb və situasiyanı dalana salıb. Biz vaxtilə hər hansı entuziazm olmadan Donbasın yenilənmiş Ukrayna tərkibində xüsusi statusuna razı olmuşduq, baxmayaraq ki, xalqımız tam müstəqillik istəyir. Biz qardaş qanı axmasın deyə buna getdik. Lakin Ukrayna dəyişmədi”.

Xatırladaq ki, martın 17-də Ukrayna Ali Radası Donetsk və Luqansk vilayətlərinin separatçıların nəzarətində olan və xüsusi yerli idarəetmə qaydasının tətbiq olunacağı rayon, şəhər və kəndlərinin siyahısını təsdiqləyib. Lakin bu ərazilərin xüsusi statusuna dair qanunun qüvvəyə minməsi həmin ərazilərdə Ukrayna qanunları əsasında seçkilərin keçirilməsinə qədər təxirə salınıb. Qanuna edilən düzəlişlərə əsasən həmin ərazilərdə yerli idarəetmə orqanlarına seçkilər yalnız bütün qanunsuz hərbi birləşmələrin, muzdluların və hərbi texnikanın Ukrayna ərazisindən çıxarılması, qanunsuz hərbi birləşmələr tərəfindən seçki prosesinə müdaxilə edilməməsi, yerli KİV-də seçkilərin bütün iştirakçılarına bərabər səviyyədə imkanların yaradılması, prosesin ATƏT tərəfindən müşahidə olunması şəraitində mümkündür.


Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Dərslər təxirə salındı
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info