Böyük Vətən müharibəsində qələbədə Azərbaycan alimlərinin rolu
Tarix: 18.03.2015 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


“Böyük Vətən müharibəsində qələbədə Azərbaycan alimlərinin rolu” mövzusunda beynəlxalq konfransla bağlı Komissiyanın iclası keçirilib.
Məlumdur ki, cari il mayın 9-da 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyidir. Yubileyin keçirilməsini təmin etmək məqsədilə Müstəqil Dövlətlər Birliyi ölkələri hökumət başçıları Şurasının 28 fevral 2014-cü il tarixli qərarı ilə “Əsas Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına görə, 5 may 2015-ci ildə Respublika Veteranlar Şurası ilə birlikdə “Böyük Vətən müharibəsində qələbədə Azərbaycan alimlərinin rolu” mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə AMEA Rəyasət Heyəti aparatında Komissiya yaradılıb və sədri AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev təyin edilib. Bu gün AMEA Rəyasət Heyəti aparatında həmin komissiyanın iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, 11 fevral 2015-ci il tarixdə AMEA Rəyasət Heyəti 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbirlər haqqında qərarlar qəbul edib. Həmçinin Prezident İlham Əliyev “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında cari il fevralın 23-də sərəncam imzalayıb.
Akademik İsa Həbibbəyli Georgi Zaplatinin Azərbaycan alimlərinin Böyük Vətən müharibəsinin qələbəsinə verdiyi töhfələri əks etdirən “Vətənə və elmə xidmət etdilər...” kitabının yenidən işlənilmiş variantının nəşrinin təmin edilməsinin məqsədəuyğun olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, AMEA-nın Tarix İnstitutunda Böyük Vətən müharibəsini araşdıran alim və tədqiqatçıların sayı kifayət qədər deyil: “İnstitutda bu istiqamətdə araşdırmaların dərinləşdirilməsi ilə bağlı tədbirlər görülməlidir. Hazırda Azərbaycan müharibə şəraitində yaşadığından bu kimi tədqiqatlara daha böyük önəm vermək lazımdır”.
Sonra AMEA-nın Veteranlar Şurasının sədri, AMEA-nın müxbir üzvü Rafiq Qasımov çıxış edərək “Azərbaycan alimlərinin Böyük Vətən müharibəsinə verdiyi töhfələr” mövzusunda keçiriləcək konfrans haqqında məlumat verib. Bildirib ki, ölkədə Böyük Vətən müharibəsi iştirakçısı olan 8 Azərbaycan alimi var ki, onlardan 3-ü (İsmayıl İbrahimov, Maqsud Əliyev və Məhərrəm Məmmədyarov) akademiyanın həqiqi üzvüdür.
Sonra II Xüsusi şöbənin rəisi Eldar Quliyev çıxış edib. Bildirib ki, Rusiyanın paytaxtı Moskvada Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunan “Biz nasizmə qarşı birlikdə idik” mövzusunda beynəlxalq sərgi layihəsi keçiriləcək. Layihədə AMEA-nın da iştirakı nəzərdə tutulur.
Tədbirdə çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva konfrans çərçivəsində təşkil olunacaq sərgilər haqqında məlumatları diqqətə çatdırıblar. N.Vəlixanlı II Dünya müharibəsi ilə əlaqədar Tarix Muzeyi tərəfindən nəşr edilmiş kataloq barədə də ətraflı məlumat verib.
Sonda Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə müvafiq tədbirlərin keçirilməsini təmin etmək məqsədilə bir sıra qərarlar qəbul edilib. Akademik Nailə Vəlixanlıya tapşırılıb ki, Moskva şəhərində keçiriləcək “Nasizmə qarşı birlikdə idik” sərgisində Azərbaycan Milli Elmlər Akademiyasının iştirakından irəli gələn məsələləri həll etsin.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info