Gömrükçülər qadağan olunmuş məhsullar aşkarlayıblar
Tarix: 18.03.2015 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə də bayram günləri öncəsi bəzi işbazlar Azərbaycanın gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan mallar gətirməyə cəhdlər edirlər və bu kimi halların qarşısı qətiyyətlə alınır.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, növbəti belə fakt Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb.
İdarənin “Sınıq Körpü” Gömrük Postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşı Rustamov Ramil Tahir oğlunun idarə etdiyi “Scania K113” markalı, BR999AT nömrə nişanlı sərnişin avtobusuna “Smiths Heimann HCVG” markalı yoxlama baxış sistemi ilə gömrük baxışı keçirilib.
Baxış zamanı qeyd olunan nəqliyyat vasitəsinin salonunda döşəmənin altında düzəldilən və xüsusi mexanizm ilə işə salınan gizli saxlanc yerindən 2 adda ümumilikdə 39 050 ədəd pirotexniki vasitələr gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək götürülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info