M.Puarye: “Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində xeyli uğurlar əldə edilib”
Tarix: 18.03.2015 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Milli Məclisin sədr müavini Bahar Muradova UNICEF-in Mərkəzi və Şərqi Avropa ölkələri və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru xanım Mari-Pyer Puarye ilə görüşüb. Görüşdə Bahar Muradova Azərbaycan ilə UNICEF arasındakı əlaqələrdən danışaraq bildirib ki, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur. Milli Məclisin sədr müavini qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq deyib ki, Mari-Pyer Puaryenin ölkəmizə səfəri əlaqələrin möhkəmlənməsinə töhfəsini verəcək. Bahar Muradoya deyib: “Düşünürəm ki, siz Azərbaycana vacib bir missiya ilə gəlmisiniz. Azərbaycan hökuməti qadınların və uşaqların hüquqlarının qorunmasına xüsusi önəm verir və bu sahədə UNICEF-in gördüyü işləri təqdirəlayiq hesab edir”. Bahar Muradova UNICEF-in Azərbaycan nümayəndəliyinin aktiv fəaliyyətindən də söhbət açıb. Bildirilib ki, nümayəndəlik Azərbaycan cəmiyyətində böyük nüfuza sahibdir və ölkənin müvafiq qurumları ilə yaxından əməkdaşlıq edir.
Mari-Pyer Puarye UNICEF-in Azərbaycan ilə sıx əməkdaşlığından məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycanda qadın və uşaqların hüquqlarının müdafiəsi, təhsil və digər mühüm sahələrdə xeyli uğurlar əldə edilib. Eyni zamanda, bu sahələrin inkişafı istiqamətində qanunvericilik bazasının möhkəmləndirilməsi təqdirəlayiqdir. Regional direktor deyib ki, qadın və uşaqların hüquqlarının qorunması baxımından Azərbaycan ölkənin hüdudlarından kənarda da aparıcı rol oynaya bilər. Bu baxımdan parlamentin xüsusi rolu vurğulanmalıdır. O, Azərbaycanda uşaqların hüquqlarının qorunması, onların qidalanması, gənclərlə bağlı, eləcə də QİÇS-lə mübarizəyə dair qanunvericiliklə maraqlanıb.
Qonaq Azərbaycanda inklüziv təhsil sahəsində müəyyən irəliləyişlərin olduğunu söyləyib, xüsusən də əlil uşaqların, qızların bu təhsilə cəlb olunmasını yüksək qiymətləndirib.
Bahar Muradova qonağı maraqlandıran sualları cavablandırıb. Qeyd edib ki, Azərbaycan qanunvericilik sahəsində də UNICEF-lə müntəzəm əməkdaşlıq edir.
Görüşdə gələcək əməkdaşlığa dair mövcud imkanlar müzakirə edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info