UNİCEF-in regional direktoru ilə görüş olub
Tarix: 18.03.2015 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə səfərdə olan BMT-nin Uşaq Fondunun (UNİCEF) Mərkəzi və Şərqi Avropa, MDB üzrə regional direktoru xanım Mari-Pyer Puarye ilə görüş olub. Görüşdə UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Andro Şilakadze də iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda dövlət uşaq siyasətinin inkişafından söz açıb, Prezident İlham Əliyevin ölkədə uşaqların müdafiəsinə, o cümlədən onların sosial təminat sistemi ilə əhatə olunmasına diqqət və qayğısını vurğulayıb. S.Müslümov bu sahədə UNİCEF-lə əməkdaşlığın getdikcə genişləndiyini diqqətə çatdırıb: “Azərbaycanda sosial xidmətlər sisteminin təkmilləşdirilməsində, “Uşaq qayğı sistemində islahatlar” üzrə birgə Tədbirlər Planının icrasında, müvafiq təbəqələrdən olan uşaqlarla bağlı sosial reabilitasiya sisteminin institusional və texniki baxımdan dəstəklənməsində UNİCEF-lə əməkdaşlığın uğurlu nəticələri var. BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının ratifikasiyasında da bu təşkilatın göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Əldə olunan müsbət əməkdaşlıq təcrübəsi əsasında ötən ilin iyununda UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə ƏƏSMN arasında 2014-2015-ci illər üzrə birgə Fəaliyyət Planı imzalanıb”.
Nazir bildirib ki, Fəaliyyət Planına uyğun olaraq, uşaqlarla bağlı sosial xidmətlər sisteminin inkişafı, bərpa mərkəzlərində sosial reabilitasiya imkanlarının artırılması, sosial sifarişlər üzrə prioritetlərin müəyyənləşdirilməsi, çətin həyat şəraitində olan uşaqların və ailələrinin sosial xidmətlərə çıxışının texniki dəstəklənməsi və s. sahələrdə birgə işlər aparılır: “ƏƏSMN-nin sosial sifarişləri əsasında ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən icra olunan layihələr üzrə sosial cəhətdən həssas uşaqlar və onların ailələri müxtəlif növ sosial xidmətlərlə əhatələnib. Hazırda bu sahədə fəaliyyətin təkmillləşdirilməsi üçün konkret yanaşma, monitorinq və qiymətləndirmə meyarlarını nəzərdə tutan strategiyanın hazırlanması işləri aparılır. Bu vacib işlərdə də UNİCEF-lə əməkdaşlığın xüsusi önəmi var”.
Xanım M.Puarye Azərbaycanda uşaqların müdafiəsi sahəsində aparılan fəal dövlət siyasətinin, o cümlədən ölkəmizdə dövlətin sosial sifarişləri əsasında müvafiq təbəqələrdən olan uşaqların və onların ailələrinin ehtiyac duyduqları sosial xidmətlərlə təmin olunmasının və bu sahədə fəaliyyətin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi işlərinin UNİCEF tərəfindən alqışlandığını vurğulayıb. O, ƏƏSMN və UNİCEF arasında birgə səmərəli fəaliyyətin gələcək əməkdaşlığın inkişafı üçün yaxşı əsas formalaşdırdığını qeyd edib.
Görüşdə ƏƏSMN-nin sosial sifarişləri üzrə sosial xidmətlər göstərilməsi təcrübəsinin davam etdirilməsi, gələcəkdə həmin xidmətlərin dairəsinin genişləndirilməsi, uşaqların dövlət internat evlərinə verilməsi hallarının qarşısının alınması sahəsində aparılan işlər, sosial xidmət standartlarının hazırlanması və tətbiqi məsələləri müzakirə olunub. Habelə ƏƏSMN tərəfindən UNİCEF-lə əməkdaşlıq şəraitində sosial sifarişlərin icrası ilə bağlı minimal keyfiyyət zəmanəti sisteminin (elektron məlumat və monitorinq sisteminin) yaradılması, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası çərçivəsində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanunun qəbul edilməsi, ötən il Cenevrə şəhərində keçirilən görüşün müzakirə mövzülarından olan uşaqlar arasında yoxsulluğa dair sorğunun keçirilməsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.







 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info