Minlərlə alman Frankfurtda etiraz aksiyası keçirir
Tarix: 18.03.2015 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Frankfurt-Mayn şəhərində Avropa Mərkəzi Bankının (AMB) yeni açılan binasının qarşısında Avropa İttifaqı “üçlüyü” və AMB siyasətinə etiraz olaraq aksiya keçirilir.
Blockupy sol-radikal hərəkatının nümayəndəsi Hanna Eberle deyib ki, minlərlə insan aksiyaya qoşulub və heç yana getmək niyyətində deyil.
Onun sözlərinə əsasən, havada bir neçə polis vertolyotu var və hüquq-mühafizə orqanları AMB mənzil-qərargahının yanına yeni qüvvələr gətirirlər.
Aksiya polislə qarşıdurmaya çevrilib. Bundan əvvəl bir neçə polisin yaralanması haqqında və şəhərdə təcili yardım maşınlarının siqnalının eşidilməsi barədə xəbərlər var idi. Bildirilir ki, bir neçə avtomobil yandırılmışdı və polis gözyaşardıcı qazdan istifadə edib.
Etiraz aksiyasının iştirakçıları Avropa İttifaqının maliyyə siyasətinə və Almaniya hökumətinin əleyhinə çıxış edirlər. Onlar hesab edirlər ki, Almaniya hökuməti Avropada böhranın yaranmasına səbəb olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info