Avropa Parlamentində ilk dəfə Novruz bayramı qeyd olunub
Tarix: 18.03.2015 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Avropa Parlamentinin və Azərbaycan Respublikası, Əfqanıstan İslam Respublikası, Pakistan İslam Respublikası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Qırğızıstan Respublikası, Hindistan Respublikasının Belçikadakı səfirlikləri, UNESCO-nun Avropa İttifaqındakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Avropa Parlamentində Novruz bayramı qeyd olunub. Bu barədə Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəlikdən məlumat verilib.
Bayram tədbirində Avropa Parlamentinin üzvləri, Avropa İttifaqı institutlarının çoxsaylı nümayəndələri, Belçika və Avropa İttifaqında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, eyni zamanda Belçika ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Avropa Parlamentinin Prezidenti Martin Şultsun iştirakçı ölkələrə ünvanladığı təbrik məktubu oxunmuş və səslənən çıxışlarda Novruz bayramı barədə tədbir iştirakçılarına məlumat verilmişdir.
Həm təbrik məktubunda, həm də Avropa Parlamentinin deputatları tərəfindən səslənən çıxışlarda Novruz bayramının multikulturalizm və sivilizasiyalararası dialoqa töhfə verdiyi qeyd olunmuş, eyni zamanda Avropa üçün həssas bir dönəmdə geniş bir coğrafi regionda qeyd olunan bu bayramın sivilizasiyalararası dialoqun daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanmışdır.
Azərbaycan stendində milli şirniyyatlarımızla yanaşı, Azərbaycanın turizm potensialını əks etdirən, eyni zamanda Bakıda keçiriləcək İlk Avropa Oyunları barədə kitab və broşürlər sərgilənib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info