“Okland İnstitutu”: “Qərb Ukraynanın bərəkətli qara torpaqlarına yiyə durmaq istəyir”
Tarix: 18.03.2015 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


“Qərb şirkətləri çox cidd-cəhdlə öz investisiyalarını Ukraynaya yatırırlar ki, bu da Ukrayna kənd təsərrüfatının Qərb konsernlərinə təslim edilməsinə bərabərdir”

Ukrayna uğrunda Qərb-Rusiya qarşıdurmasının səbəbləri barədə çox yazılıb. Bu baxımdan Qərb ekspertlərinin fikirləri xüsusilə maraq doğurur. Məsələn, “Okland İnstitutu” Kaliforniya araşdırma mərkəzinin direktoru, ərzaq təhlükəsizliyi məsələləri ilə məşğul olan Frederik Mussoya situasiya son dərəcə aydındır: Qərb Ukraynanın bərəkətli qara torpaqlarına yiyə durmaq istəyir. Və bu qətiyyən metafora deyil”.
Qeyd edək ki, bu barədə Almaniya qəzeti “Die Zeit”in iqtisadiyyat yazarı Aleksandra Endres yazıb. Bildirilir ki, institutun iki yeni məruzəsində bildirilib ki, böyük Qərb, o cümlədən amerikan konsernlərinin Ukrayna qara torpaqlarına maraqları nə dərəcədə yüksəkdir.
Bu baxımdan məruzədə adı çəklilən konsernlərdən “Monsanto” konserni də var. Bu konsern genetik modifikasiya olunmuş məhsulları tənqidi ilə məşhurdur. Bundan başqa, “Cargill” aqroşirkəti və “DuPont” kimyəvi şirkətinin adı çəkilir.
Mussonun məlumatına görə, son zamanlar, Qərb şirkətləri çox cidd-cəhdlə öz investisiyalarını Ukraynaya yatırırlar ki, bu da praktiki olaraq Ukrayna kənd təsərrüfatının Qərb konsernlərinə təslim edilməsinə bərabərdir.
Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi Qərb maliyyə təşkilatları isə ekspertin sözlərinə görə, “öz siyasətləri vasitəsilə kapitalın maraqlarını qoruyurlar”.
“Okland İnstitutu”nun direktoru hesab edir ki, kənd təsərrüfatı sektoruna nəzarət uğrunda mübarizə həmişə Qərblə Şərq arasında soyuq müharibə dövründən başlayan böyük münaqişədə həlledici faktor olub.
Keçmiş Ukrayna prezidenti Viktor Yanukoviç Ukraynanın Qərbə güclü inteqrasiyasına qarşı çıxmaqla Ukrayna böhranının yaranmasında açar rolunu oynadı.
Ümumiyyətlə, xarici investorların Ukrayna torpaqlarına marağı 2007-2008-ci illərdə beynəlxalq ərzaq böhranından sonra yaranıb. Ukrayna hökuməti o vaxt qısa müddətə kənd təsərrüfatı məhsullarının ixracını dayandırmışdı və bu, dünyanın bir çox ölkələrində çörəyin qiymətinin artmasına, bir sıra ölkələrdə aclıq aksiyalarına səbəb olmuşdu.
Ukrayna qarğıdalı ixracına görə dünyada üçüncü, buğdaya görə yeddincidir. Ukrayna öz məhsullarını Şimali Afrika və Yaxın Şərq ölkələrinə satır. Ukraynanın münbit torpaqlarının ümumi sahəsi 32 milyon hektardır və bu, Avropa Birliyinin bütün şumlanan torpaqlarının üçdəbir hissəsini təşkil edir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info