“Sudanlı tələbələrin Azərbaycanın ali məktəblərində təhsil almalarının təşkilində maraqlıyıq”
Tarix: 18.03.2015 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


İslam dövlətləri problemlərini bir-birini məlumatlandıraraq həll etməlidirlər və İslam Əməkdaşlıq Təşkilatı bunun üçün yaxşı platformadır. Bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov sudanlı həmkarı ilə görüşdən sonra deyib.
Onun sözlərinə görə, XİN rəhbəri ilə görüşdə bu məsələdə gələcək əməkdaşlıq haqqında razılıq əldə edilib: "İki ölkə arasında ikitərəfli səviyyədə və beynəlxalq arenada siyasi münasibıtlər yüksək səviyyədədir. Biz beynəlxalq arenada bir-birimizi həmişə dəstəkləyirik".
Nazir qeyd edib ki, Sudan, həmçinin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir.
Azərbaycan üçün neft və qızılla zəngin olan Sudanla iqtisadi əlaqələrin inkişafı da maraqlıdır deyən E.Məmmədyarov əlavə edib ki, gələcək əməkdaşlıq üzrə nəzərdən keçiriləcək bir neçə layihə var: "İki ölkə müqavilə-hüquq bazasını da genişləndirmək niyyətindədir. Bu gün iki XİN arasında əməkdaşlığa dair protokol imzalanıb".
Sudan XİN-in rəhbəri Əli Əhməd Karti bildirib ki, ölkəsi Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və bu mövqe dəyişməz olaraq qalır: "Səfərim əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır, xüsusilə enerji sektorunda əlaqələrin inkişafı üçün yaxşı imkanlar var. Sudan bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətindədir. Biz sudanlı tələbələrin Azərbaycanın ali məktəblərində təhsil almalarının təşkilində də maraqlıyıq".
Onun sözlərinə görə, Sudan Azərbaycan iş adamlarını ölkənin iqtisadiyyatına sərmayə yatırmağa da dəvət edir: "Söhbət enerji, qızıl hasilatı və sair sahələrdən gedir. Sudan hökuməti Azərbaycan investisiyalarını dəstəkləməyə hazırdır. Qarşılıqlı investisiyaların qorunması və ikiqat vergitutmanın azad edilməsi barədə sazişlərin layihəsi üzərində iş aparılır".
Tural




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub
15.06.2019
Özbəkistan portalı Ermənistan ordusunun cəbhə xəttindəki son təxribatları barədə yazır
15.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15.06.2019
XİN: Ermənistan rəhbərliyi mövqeyindəki qeyri-müəyyənliyə son qoymalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info