Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində alimlərlə görüş keçirilib
Tarix: 18.03.2015 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri Kamal Abdulla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində alimlərlə görüş keçirib.
Mərkəzdən verilən məlumata görə, görüşdə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi tarixinin araşdırılması müzakirə edilib.
Müzakirə zamanı alimlərin apardığı araşdırmaların, aşkarladıqları faktların tədbirlərdə və nəşrlərdə əksini tapması zərurəti vurğulanıb. Tədbirdə ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinin tarixi mərhələləri barədə də müzakirələr olub. Tariximizdə böyük iz qoyan Türkmənçay müqaviləsindən sonra Çar Rusiyasının bölgədə öz mövqelərini möhkəmləndirmək naminə erməniləri Azərbaycanın tarixi torpaqlarına köçürməsi siyasəti ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, Ağdərə rayonunda ermənilərin Marağa kəndinə köçürülməsi ilə bağlı vaxtilə Dağlıq Qarabağ ərazisində mövcud olmuş “Marağa-150” abidəsi bunu sübut edən əsaslı dəlillərdən biridir. Görüşdə bu abidənin işıq tutduğu tarixi gerçəkliklər, eləcə də ermənilərin ərazilərimizə köçürülməsinin digər faktları ətrafında dəyirmi masanın keçirilməsi qərara alınıb.
Müzakirələrin sonunda mövzu haqqında təkliflərin sistemləşdirilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə tarixçi alimlərdən ibarət təşkilat komitəsi yaradılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info