Norveçin milli valyutasının dəyəri son 13 ildə ən aşağı həddə düşüb
Tarix: 18.03.2015 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Norveçin milli valyutası kronun dəyəri son 13 ildə ən aşağı həddə düşüb. Norveç kronu ABŞ dollarına nisbətdə daha çox ucuzlaşıb.
Ekspertlərin fikrincə, indiki vəziyyətin əsas səbəbləri beynəlxalq qeyri-sabitlik, neftin qiymətlərinin aşağı düşməsi və Norveç Bankının faiz dərəcələrini yenidən azaldacağı barədə proqnozlardır. Təbii ki, bu səbəblər ölkənin bütün maliyyə bazarına təsir göstərəcək. Norveçdə yaranmış vəziyyət nəticəsində martın 17-də dollar 2002-ci ilin mayından etibarən ən yüksək məzənnə ilə alınıb-satılıb.
Amma Norveçin milli valyutası dünyanın digər valyutalarına nisbətdə də dəyərini itirib. Martın 17-də bir dollar üçün 8,31 kron ödənilib. Özü də 5 faizlik azalma son beş gündə baş verib. Bir Britaniya funt sterlinqi 2007-ci ilin yanvarından etibarən ilk dəfə 12,25 krona ekvivalent olub. Bir avroya görə 8,81 kron ödənilib: belə nisbət bu ilin yanvarında qeydə alınıb. 100 İsveç kronu isə 95 Norveç kronuna bərabər olub. Norveç valyutasının İsveç valyutasına nisbətdə 6 faiz zəifləməsi son ayda baş verib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info