ADU-da Çanaqqala zəfərinin 100 illiyi münasibətilə tədbir keçirilib
Tarix: 18.03.2015 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Bu gün “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Diilər Universiteti (ADU) ilə birgə Azərbaycan Dillər Universitetinin Akt zalında Çanaqqala zəfərinin 100 illiyi münasibətilə tədbir keçirmişdir. Tədbir Çanaqqala şəhidlərinin ruhunun bir dəqiqəlik sükutu ilə yad edilməklə başlanmış, mövzu ilə əlaqədar video-çarx göstərilmişdir. Tədbiri açıq elan edən Azərbaycan Dillər Universitetinin Pedaqoji (ingilis dili, alman dili) fakultəsinin dekan müavini Namiq Əsədov Çanaqqala Zəfərinin Türk tarixindəki əhəmiyyətindən bəhs etmiş, daha sonra sözü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimova vermişdir. Natiq çıxışında Ulu öndər Heydər Əliyevin sözləri ilə başlayaraq “Azərbaycan Türkiyə bir millət iki dövlət” olduğunu, xalqlarımızın qardaşlığının tarixi kökünün daha da dərin olduğunu bildirmiş və Çanaqqala müharibələrində şəhid olan 3 mindən artıq Azərbaycan türkünün müasir gəncliyimizə nümunə olması gərəkdiyini qeyd etmişdir.
Tədbirin təşkilatçılarından “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov Çanaqqala zəfərinin Türk tarixinin qəhrəmanlıq salnaməsi olduğunu qeyd edərək Türk Dünyasının gəncliyinə əsil vətəpərvərlik örnəyi olduğunu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfindən Çanaqqala zəfərinin 100 –cü ildönümü münasibəti ilə əlaqədar olaraq Çanaqqala şəhərində 24 aprel 2015 tarixində Yubiley keçiriləcəyini və dünya liderlərini bu tədbirə dəvət edildiyini bəyan etmişdir.
Azərbaycan Diilər Universitetinin Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu çıxışında müasir Azərbaycan gəncliyinin vətənpərvərlik ruhundan, TUMİB-in Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadov I Dünya müharibəsində Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrindən bəhs edən məruzə etmişlər
Tədbirin sonunda iştirak edən tələbə-müəllim heyətinin suallarına cavab verilmişdir.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info