Binəqədi rayonunda türkdilli xalqların Novruz festivalı keçirilib
Tarix: 18.03.2015 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Binəqədi rayonunda Novruz bayramı münasibətilə türkdilli xalqların Novruz festivalı keçirilmişdir. Rayonun Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, türkdilli dövlətlərin ölkəmizdəki səfirləri, Türkiyəli şair Camal Safi, türk yazar Mehmet Ercan, millət vəkilləri Qənirə Paşayeva, Madər Musayev, Rafael Cəbrayılov, RİH başçısının müavinləri, Aparatın məsul əməkdaşları, rayonun icra strukturu, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəblilər və rayon ictimaiyyəti iştirak etmişlər. Qonaqları ilk öncə milliliyimizin, türk ulusunda ağsaqqallıq simvolu sayılan Dədə Qorqud qarşılamış, öz xeyir-duasını vermiş, üç tonqal qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə dəvət etmiş, dastanlarımızdan gələn qədim ənənələrimiz canlandırılmışdır. Novruz bayramının əsas rəmzlərindən olan kosa və keçəl qonaqları qarşılamış onlara bayram əhval- ruhiyyəli səhnəciklər təqdim eymişlər. Sonra təndirin yanında qonaqlar duz-çörəklə qarşılanmış, onlara milli nemətlərimizdən təamlar təqdim edilmişdir. Türkdilli ölkə səfirləri, həmin ölkələrin ölkəmizdə akkreditə olunmuş diplomatik korpusunun əməkdaşları, onların ailə üzvlərinin iştirakı ilə baş tutan Novruz festivalında parkda qurulmuş hər bir türkdilli dövlətə məxsus çadırda milli mətbəxlər, adət-ənənələr, mərasimləri əks etdirən komponentlər göstərilmiş, sanki bütün Türk ulusunun ortaq dəyərləri nümayiş etdirilmişdir. Türkdilli ölkələrin milli novruz ənənələrinin nümayiş olunduğu və hər bir türk dövlətini simvolizə edən çadırlara baxmaqla yanaşı, qonaqlar və tədbir iştirakçıları, rayon məktəblilərinin hazırladıqları Novruz guşələrinə, eləcə də milli adət- ənənələrimizi, həyat tərzimizi əks etdirən geyimlər, mərasimlər və başqa atributlara baxış keçirmiş, məktəblilərin hazırladıqları səhnəcikləri maraqla izləmişlər. Həmçinin tədbir çərçivəsində qonaqlara milli mətbəximizin şahı sayılan fərqli plov növlərindən ibarət Aş festivalı, milli ornometlərlə zəngin, Azərbaycanın müxtəlif regionlarının, eləcə də əzəli yurd yerimiz olan Qarabağın qədim sənətkarlıq ənənələrini əks etdirən xalçaçılıq nümunələri, eyni zamanda milli geyimimiz olan kəlağayılar təqdim edilmişdir. Tarixi minillərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi, milli xarakter və düşüncəmizi, həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruz bayramının gəlişi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin təşkil etdiyi bayram mərasimi qonaqlar və sakinlər tərəfindən böyük maraqla qarşılanmış və bayram tədbiri çıxışlarla davam etmişdir. Tədbirdə İlk çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qonaqları və rayon ictimaiyyətini bayram münasibətilə təbrik etmiş, onlara ən xoş və səmimi diləklərini çatdırmış, günbəgün inkişaf edən ölkəmizdə firavan həyat arzulamışdır. Daha sonra Türkiyə İş Birliyi və Koordinasiya Şurasının Bakı Nümayəndəliyinin rəhbəri Mustafa Haşim Polad çıxış etmiş öz bayram arzularını çatdırmışdır. Bədii hissə ilə davam edən tədbirdə tanınmış türk şairi, Türk dünyasının, eləcə də Azərbaycan həqiqətlərini öz əsərlərində geniş təbliğ edən Camal Safi qələmə aldığı “Meracımız Qarabağ” şeirini səsləndirmişdir. Türkiyəli yazar Mehmet Ercanın çıxışından sonra tanınmış incəsənət ustalarımızın, eləcə də Türkiyə və Qazaxıstandan təşrif buyurmuş sənətçilərin ifasında bir-birindən gözəl xalq musiqilərimiz, Novruz mərasimlərini, milli birlik və həmrəyliyimizi tərənnüm edən nəğmələr nümayiş etdirilmişdir. Bayram mərasimi dünyada məşhur olan Qarabağ atlarının üzərində cəngavərlərin üçrəngli bayrağımızı dalğalandıraraq tədbir məkanına gəlişi ilə yekunlaşmışdır.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info