Ermənistan Mərkəzi Bankından ölkə iqtisadiyyatı ilə bağlı bədbin proqnoz
Tarix: 18.03.2015 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


2015-ci ildə Ermənistanda iqtisadi tənəzzülün 10-12 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Ermənistan Mərkəzi Bankı ölkə iqtisadiyyatı ilə bağlı bədbin proqnoz açıqlayıb. Bankın yaydığı məlumata görə, 2015-ci ildə ölkədə fərdi transfertlərin təxminən 30 faizədək azalacağı gözlənilir. Ötən ilin yanvar ayı ilə müqayisədə Ermənistanın beynəlxalq valyuta ehtiyatı 900 milyon dollar, yəni 40 faiz azalıb. Bu hal Ermənistan əhalisinin alıcılıq qabiliyyətinin kəskin şəkildə düşməsinə, yaşayış səviyyəsinin isə daha da pisləşməsinə yol açacaq. İqtisadçılar bu il Ermənistanda iqtisadi göstəricilərin yaxşıya doğru dəyişməyəcəyini və yoxsulluq səviyyəsinin artacağını proqnozlaşdırırlar.
Mərkəzi Bankın sabiq sədri Baqrat Asatryan bildirib ki, 2014-cü ildə Ermənistandan miqrasiya 2013-cü illə müqayisədə 10-12 faiz artaraq 47 min nəfəri ötüb. Ölkədə iqtisadi vəziyyətin pisləşməsinin əsas göstəricisi də məhz Ermənistandan mühacirətin artmasıdır. Ölkədə iş yerlərinin olmaması əhalini miqrasiyaya sövq edir. İşləri olan vətəndaşlar isə aylarla əmək haqlarını ala bilmirlər.

Tural




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Rusiya Baş nazirindən MDB ölkələrinə mesaj
29.05.2020
14 yaşına qədər uşaqlar üçün təyyarə ilə uçuş pulsuz olacaq
29.05.2020
Rusiya iqtisadiyyatı 12 faiz gerilədi
29.05.2020
Sankt-Peterburqda Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi anılıb
28.05.2020
Belarusda 219 nəfər koronavirus infeksiyasından ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info