“Baku Steel Company”də yeni yayma xətti
Tarix: 18.03.2015 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


“Danieli”nin quraşdırdığı xətt MDB məkanında ilk olacaq

“Baku Steel Company” MMC daha bir yeni layihə ilə gündəmə gəldi. MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov və İtaliyanın “Danieli” şirkətinin vitse-prezidenti Tomas Narholts tərəfindən imzalanan yeni müqaviləyə əsasən “Baku Steel Company” zavodunda illik istehsal gücü olan 500 min ton olan yeni armatur (8-40 mm) yayma xətti quraşdırılacaq. “Danieli” şirkətinin 15 milyon avro dəyərində olan yeni layihəsi “Baku Steel Company” MMCdə uğurla aparılan və sona çatdırılmaqda olan əsaslı yenidənqurma işlərinin sonuncu mərhələsi kimi dəyərləndirilir. Yeni yayma xətti istehsalın optimallaşdırılmasında və keyfiyyət parametrlərinin artırılmasında əhəmiyyətli yer tutmaqla, ən müasir texnoloji tələblərə cavab verən, tam avtomatlaşdırılmış, yüksək yayma sürətinə (36 metr/san) malik olan birxətli armatur istehsalı avadanlığıdır. Həmçinin bu xəttə fasiləsiz tökülmüş polad pəstahların bir-birinə qaynaq olunması üçün ən son texnoloji nailiyyət olan xüsusi qaynaq maşını da quraşdırılacaq. Bu da öz növbəsində fasiləsiz istehsalı təmin etməklə yanaşı, istehsal prosesi zamanı yaranan texnoloji itkiləri minimum endirəcək. Qeyd etmək lazımdır ki, yeni yayma xətti MDB məkanında ilk olaraq “Danieli” tərəfindən “Baku Steel Company”də quraşdırılır. Yeni yayma xəttinin quraşdırılması son 3 ildə həyata keçirilən əsaslı yenidənqurmanın yekunu olaraq rentabelliyi artıracaq,“Baku Steel Company” MMC-nin yerli bazarda liderliyini qorumaqla, regional bazara da rəqabətə davamlı məhsullar çıxarmağa imkan verəcək. Uzun illərdir “Baku Steel Company” ilə əməkdaşlıq edən “Danieli” dünyanın 72 ölkəsində metallurgiya müəssisələrinin təchizatçısı və qurucusu kimi tanınmaqdadır. Onun İtaliya, Almaniya, Avstriya, İsveçrə, Tailand, Cin, Hindistan və Rusiya kimi 8 ölkədə zavodları fəaliyyət göstərməkdədir. Bu il ərzində “Baku Steel Company” MMC-nin “Danieli” şirkəti ilə bağladığı müqavilələrin ümumi məbləği 24.5 milyon avro təşkil edib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info