Ermənilər Avronest PA-nın İrəvan sessiyasında siyasi alver vasitələrinə əl atıblar
Tarix: 18.03.2015 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


“İrəvanda keçirilən 4-cü plenar sessiya Avronest PA-nın əhəmiyyətsiz qurum olduğunu bir daha sübut etdi”. Bu fikri Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirib. O, bu gün Avronest PA-nın İrəvanda keçirilən 4-cü sessiyasının öz işini başa vurduğunu deyib: “İlk növbədə vurğulamaq lazımdır ki, sessiyada üzvlərin 50 faizinin iştirak etməsi qəbul edilən qərarların legitimliyini sual altına salır. Belə ki, sessiyada 6 Şərq Tərəfdaşlığı ölkəsindən yalnız Ukrayna, Gürcüstan və Ermənistan iştirak edib. Azərbaycan nümayəndə heyəti ilə yanaşı Moldova nümayəndə heyəti də demək olar ki sessiyaya qatılmayıb. Moldovanı yalnız bir deputat təmsil edib, Gürcüstan və Ukrayna nümayəndə heyətləri isə İrəvana tam tərkiblə getməyiblər. Sessiya zamanı 4 məruzə - Siyasi Komitədə “2014-2020-ci illər Avropa Qonşuluq Aləti vasitəsilə Aİ ilə Şərqi Avropa tərəfdaşı ölkələri arasında tərəfdaşlığın daha da gücləndirilməsi”, İqtisadi Komitədə “Aİ ilə Şərq Tərəfdaşlığı ölkələri arasında infrastruktur əməkdaşlığı: şose, dəmiryol və hava nəqliyyatı sahəsində birgə layihələrə dair”, Enerji Komitəsində “Şərq Tərəfdaşlığı çərçivəsində enerjinin səmərəliliyi və bərpa edilə bilən enerji mənbələri sahəsində əməkdaşlıqda problemlər, potensial və yeni iştiraka dair”, Sosial və Mədəniyyət Komitəsində “Şərq Tərəfdaşlığı müstəvisində mədəniyyət və mədəniyyətlərarası dialoq” mövzusunda məruzələr qəbul edilib. Ermənistan nümayəndə heyətinin etirazına baxmayaraq, Siyasi Komitənin məruzəsində Azərbaycan nümayəndə heyətinin 2 düzəlişi nəzərə alınıb”.
Elxan Süleymanov sessiyada 2 qətnamənin də qəbul edildiyini deyib: “Ermənistan üçün bu plenar sessiyanın əsas məqsədi qondarma erməni soyqırımının 100 illiyi haqqında qətnamə qəbul etmək idi. Onlar sessiyanın İrəvanda keçirilməsindən sui-istifadə edərək qondarma soyqırımı qətnaməsini irəli sürüb və bu qətnaməni qəbul etdirmək üçün siyasi alver vasitələrinə əl atıblar. Belə ki, ermənilər Assambleya iştirakçılarına, xüsusən ukraynalı deputatlara bildiriblər ki, onlar Ukraynanın ərazi bütovlüyünün tanınması ilə bağlı qətnaməyə yalnız qondarma soyqırımın tanınması müqabilində səs verə bilərlər. Bundan əlavə erməni nümayəndə heyəti etirazlara baxmayaraq bu qətnamə layihəsini prosedur qaydaları pozaraq – öncədən Avronest PA üzvlərinə göndərmədən, müzakirə imkanı yaratmadan birbaşa səsverməyə çıxarıblar. Beləcə, fitnəkar ermənilər qondarma erməni soyqırımının 100 illiyinə dair qətnamə layihəsinin qəbul edilməsinə müvəffəq olublar. Bu qətnamə layihəsi barədə tərəfimdən ictimaiyyət üçün geniş məlumat açıqlanacaq. Bununla yanaşı sessiyada Ukraynada olan vəziyyətlə bağlı təcili qətnamə də qəbul edilib. Bu qətnamə layihəsində Ukrayna ərazisi bütövlüyünün Rusiya tərəfindən pozulması faktı, münaqişənin sülh yolu ilə həllinə və Ukraynanın ərazi bütövlüyünün təmin edilməsinə çağırışlar yer alıb. Bu sessiya zamanı soyqırımı tanıtımı ilə yanaşı ermənilərin ikinci əsas məqsədi Azərbaycana böhtanların atılması və Dağlıq Qarabağın təbliği idi. Onlar sessiya ərzində öz xislətlərinə sadiq qalaraq, insan hüquqları və demokratiya bəhanəsilə Azərbaycana hücumlar etmiş, Azərbaycanın işğalçı olduğunu sübut etmək istəyiblər. Bununla yanaşı, AP və digər milli nümayəndə heyətlərinin yerləşdirildiyi oteldə turizm agentliyi tərəfindən paylanılan vərəqələrdə Ermənistanın bir hissəsi kimi təqdim edilən Dağlıq Qarabağa 3 günlük turistik səfərlər təklif edilib”.
Millət vəkili bildirib ki, Ermənistanda insan hüquqlarının pozulması və ölüm hallarına, Ermənistanın Rusiya ilə Gömrük İttifaqı Sazişini imzalaması faktına baxmayaraq, Avronest PA onu hələ də tənqid etmir: “Əksinə, bu gün Ukrayna ərazi bütövlüyünü tanıyan Avronest PA 23 ildir torpaqları Erməni işğalı altında olan və ərazi bütövlüyü beynəlxalq sənədlərlə, habelə bütün dünya ölkələri tərəfindən tanınan Azərbaycanın çağırışlarına məhəl qoymur, Avronest PA-nın münaqişə həll edən qurum olmadığını vurğulayır, 110 il əvvəl azərbaycanlıları soyqırıma məruz qoymuş ermənilərin qondarma soyqırımını tanıyır. Sonda vurğulamaq istərdim ki, İrəvanda keçirilən 4-cü plenar sessiya Avronest PA-nın əhəmiyyətsiz qurum olduğunu bir daha sübut etdi. Avronest PA sadəcə Şərq Ölkələrinin Aİ-yə üzvlük imkanlarının olmamasına bəraət qazandırmaq üçün istifadə edilən siyasi vasitəsidir”.


Fuad




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
22.06.2019
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır
22.06.2019
Yevlaxda dövlət qulluğunda fərqlənənlər mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info