“Təkcə Azərbaycana köklənsək, heç nə alınmaz”
Tarix: 18.03.2015 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


“Çox güclü, eyni zamanda maraqlı qrupa düşmüşük. Yoxlama görüşü keçirməyən Belçika istisna olmaqla, digər rəqiblərimizin oyunlarını izləmişəm”. Bu sözləri futzal üzrə Ukrayna millisinin baş məşqçisi Aleksandr Kosenko deyib.
Təcrübəli mütəxəssis Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçirilən qrup oyunları öncəsi fikirlərini açıqlayıb.
Kosenko Danimarka və Belçikanın da yer aldığı qrupun həlledici görüşünün millimizə qarşı keçiriləcəyini bildirib: “Belçikalıları da Azərbaycanla oyuna əsasən təhlil edərik. Bu komanda ümumilikdə götürəndə əlcəzairli, mərakeşli və yerlilərin sintezindən təşkil olunub. Danimarka isə futzalda yeni addır. Onlar texnikalı, boylu-buxunlu, təlim keçmiş komandaya malikdirlər. Azərbaycan isə ilk növbədə braziliyalıların cəlb edilməsi ilə tanınır. Onlar Azərbaycan yığmasında çox vacib rol oynayırlar. Cənubi amerikalılar sürətli və texnikalıdırlar. Onlara qarşı oynamaq həmişə çətindir. Seçmə mərhələdəki həlledici oyunumuz da meydan sahiblərinə qarşı olacaq. Amma digər oyunlara da ciddi yanaşmalıyıq. Təkcə Azərbaycana köklənsək, heç nə alınmaz”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info