“Rusiya Ermənistandan başqa, bütün dövlətlərin borclarını silib”
Tarix: 18.03.2015 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Ermənilər yenə bədbindirlər. İradları isə yenə də Rusiyayadır. Onlar iddia edirlər ki, Ermənistanın Rusiyaya olan 110 milyon dollarlıq borcu müqabilində Moskva “borc əvəzinə əmlak” əməliyyatından yararlanaraq bir neçə şirkəti, 24 milyon dollarlıq başqa bir borc müqabilində isə “Sevan Razdan” su-elektrik stansiyasını alıb.
“Rusiya bu vaxta qədər Ermənistana bir sent belə güzəştə getməyib. Bununla belə, Rusiya prezidenti Vladimir Putin elə bu ayın 17-də Qazaxıstanla bağladığı sazişə əsasən, bu ölkənin təqribən 190 milyon dollarlıq borcunu sildi. Qazaxıstanın Rusiyaya 500 milyon dollar borcu var. Bu borcun qalıq hissəsi heç bir faiz ödənilmədən 2016-cı ilin martına qədər ödəniləcək”. Bu fikirləri Ermənistanda nəşr edilən “Aykakan jamanak” qəzeti yazır.
Məqalə müəllifi “ürəkağrısı ilə” Rusiya administrasiyasının Suriya, Əlcəzair, Benin, Mali, Şimali Koreya, Monqolustan, Kuba, Yəmən, Tanzaniya, Çad, Laos, Burkina Faso, Sierra Leone, Nikaraqua, Əfqanıstan və sair kimi ölkələrə bir neçə milyard dollarlıq məbləğində olan borcları güzəştə getdiyi halda, Ermənistanın bu yanaşmadan məhrum olduğunu nəzərə çatdırır. Borc müqabilində Rusiyaya bir çox şirkətlərin, “Sevan Razdan” elektrik stansiyasının əvəz olaraq şimal qonşuya təslim edildiyini bir daha nəzərə çatdıran məqalə müəllifi iddia edir ki, Moskva Yerevana qarşılıqsız heç bir şeydə güzəştə getmir: “Hələ 2013-cü ildə Rusiya təfəfindən verilmiş 500 milyon dollara görə 3,5 dərəcəli, avrobondları girov qoymaqla alınmış 700 milyon dollara görə isə 6,5 dərəcəli faiz tələb edilir. Lakin unudulmamalıdır ki, Ermənistandakı rus hərbi bazasındakı bütün xərclər Yerevanın üzərindədir”.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Rusiya Baş nazirindən MDB ölkələrinə mesaj
29.05.2020
14 yaşına qədər uşaqlar üçün təyyarə ilə uçuş pulsuz olacaq
29.05.2020
Rusiya iqtisadiyyatı 12 faiz gerilədi
29.05.2020
Sankt-Peterburqda Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi anılıb
28.05.2020
Belarusda 219 nəfər koronavirus infeksiyasından ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info