“Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası”
Tarix: 19.03.2015 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi şurasının növbəti iclası keçirilib. AMEA-nın vitse-prezidentinin köməkçisi Ağahüseyn Şükürovun verdiyi məlumata görə, ilk olaraq AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli elmi-tədqiqat müəssisəsinin əməkdaşlarını Novruz bayramı münasibətilə təbrik edərək onlara institutun rəmzini özündə əks etdirən xatirə hədiyyələri təqdim edib. Sonra institutun təsis etdiyi mükafatların qaliblərini elan edən akademik İsa Həbibbəyli “İlin alimi” nominasiyası üzrə mükafatları AMEA-nın müxbir üzvü Əliyar Səfərliyə və filologiya elmləri doktoru, professor Elməddin Əlibəyzadəyə, Xurşidbanu Natəvan mükafatını isə filologiya elmləri doktoru, professor Nüşabə Araslıya və arxiv şöbəsinin müdiri Rəna Mustafayevaya təqdim edib.
Akademik İsa Həbibbəyli “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası”nın layihəsini elmi ictimaiyyətə təqdim edib. Ədəbiyyat tarixinin dövrləşdirilməsi istiqamətində 9 mərhələ üzrə inkişaf proseslərinin xarakteristikası şərh edilib. Bu gün ədəbiyyatşünaslıq elmi qarşısında hadisə sayıla biləcək, böyük aktuallıq kəsb edən Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi konsepsiyası haqqında fakt və əsaslandırmalarla çıxış edən akademik İsa Həbibbəyli müəllifi olduğu konsepsiyanın layihəsi barədə ətraflı və konseptual şərh verib.
Gündəlikdə duran digər məsələlərdən söhbət açan akademik İsa Həbibbəyli institutda aparılan genişmiqyaslı tədqiqat işlərindən, xüsusilə 10 cilddə çap edilməsi nəzərdə tutulan “Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin hazırkı vəziyyəti, “Kitabi-Dədə Qorqud” dastanlarının bir neçə dildə nəşrə hazırlanması prosesi, eləcə də Azərbaycan ədəbiyyatı antologiyasının nəşri məsələləri barədə geniş söz açıb.
Sonra filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı Novruz bayramı haqqında məruzə ilə çıxış edib. İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Məmməd Əliyev “Ədəbi proses-2014” elmi sessiyasına hazırlığın vəziyyəti barədə danışıb. Elmi katib, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə dissertant və doktorantların attestasiyalarının nəticələri, Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli, Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli isə plan üzrə görülən işlər haqqında məlumat veriblər.
Professor Nüşabə Araslı mükafat alanlar adından söz alaraq göstərilən diqqət və qayğıya görə institut rəhbərliyinə minnətdarlıq hisslərini bildirib, bu kimi tədbirlərin elmi işçilərin gələcək elmi fəaliyyətlərinə dəyərli stimul olduğunu diqqətə çatdırıb.
İclasda gündəlikdə duran bir sıra cari məsələlərə də baxılıb.
Nigar Abdullayeva






 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info