Macarıstanda “Şuşa günü“
Tarix: 19.03.2015 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


İki il bundan əvvəl Azərbaycanın erməni işğalı altındakı Şuşa şəhəri ilə Macarıstanın Döndöş şəhəri arasında dostluq və qardaşlıq sazişi imzalanıb. Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumatına görə, ötən müddət ərzində qardaşlaşmış şəhərlərin biri-biri ilə daha da yaxınlaşması, Dağlıq Qarabağdakı erməni işğalı haqqında həqiqətlərin Macarıstan ictimaiyyəti arasında geniş yayılması istiqamətində bir sıra işlər görülüb.
Şuşa şəhər icra hakimiyyətinin və Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Döndöşdə “Şuşa günü” keçirilib. Əvvəlcə şəhər meriyasında Şuşa icra hakimiyyətinin başçısı Bayram Səfərov və Döndöş şəhər meri Tamaş Keveşin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş olub. Görüş zamanı iqtisadiyyat, mədəniyyət və turizm sahəsindəki əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb, Döndöşdən olan iş adamlarının Azərbaycandakı biznes və investisiya mühiti haqqında sualları cavablandırılıb.
Şəhərlə tanışlıqdan sonra axşam XV əsrdən bəri musiqi məktəbi kimi fəaliyyət göstərən tarixi binada Azərbaycan Respublikasının xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” ansamblı zəngin konsert proqramı ilə çıxış edib.
Konsertdən əvvəl səfir Vilayət Quliyev Şuşa ilə Döndöşü yaxınlaşdıran amillər, Dağlıq Qarabağ münaqişəsi və bütünlükdə yüksələn xətlə inkişaf edən, strateji tərəfdaşlıq statusu qazanan Azərbaycan-Macarıstan əməkdaşlığı barədə danışıb.
Konsert proqramı böyük maraq doğurub. Sonda iştirakçılar üçün Novruz süfrəsi açılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Nigeriyada silahlılar 37 nəfəri öldürüb
21.07.2019
Dunay çayı antibiotiklərlə çirkləndirilib
21.07.2019
Britaniya bu gün İrana qarşı sanksiyalar elan edə bilər
21.07.2019
ABŞ-ın dövlət katibi Türkiyəyə “S-400“ sazişindən məyusluğunu bildirib
20.07.2019
İstanbulda keçirilən əməliyyat zamanı 217 cinayətkar saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info