Martın sonuna qədər TANAP boru kəmərinin tikintisinə başlanılacaq
Tarix: 19.03.2015 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Trans-Anadolu (TANAP) qaz kəməri layihəsinin tikintisi üzrə konsorsium martın sonuna qədər boru kəmərinin tikintisi işlərinə başlayacaq. Bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, artıq 3 şirkət tenderdə qalib gəlib və 3 lot üzrə işlərə başlanılıb: “Türkiyənin Əskişəhər şəhərinə qədər olan 1 380 kilometr məsafədə tender başa çatıb. Bu tenderə görə, birinci lotda olan – Qars vilayətinə qədər olan hissədə iş aparmaq üçün Türkiyənin “Fernas İnşaat A.S.” şirkəti qalib gəlib. Mart-aprel aylarında işə başlamağı planlaşdırdığımız üçün artıq qaz boruları sahələrə daşınır. Aprel ayında ikinci sahədə Azərbaycana məxsus “Akkord” şirkəti işlərə başlayacaq. Üçüncü sahədə isə “TEKFEN İnşaat ve Tesisat A.S” tikinti işlərinə hazırlaşır”. R. Abdullayev bildirib ki, bu ilin axırına qədər 4-cü lotda işlər başa çatdırılacaq: “Bu işi bir il gec başlamağımızın əsas səbəbi odur ki, TANAP-la nəql olunacaq ilk qazı Türkiyə alacaq və bu qazı Əskişəhərdə götürəcək. Avropaya gedən xəttə isə 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində ilk qaz axını veriləcək. Kifayət qədər vaxtımız olduğundan, tenderi bir il gec başladıq. Bu həm də bizə daha yaxşı qiymətlər almağa imkan yaratdı. Çünki, iş və tələbat çox olanda qiymətlər də qalxır. Kəmərin Türkiyə hissəsində ümumilikdə 100 mindən çox insan və xeyli sayda ağır texnika işə cəlb olunacaq”.
R. Abdullayev deyib ki, TANAP layihəsinin icra olunması üçün vacib olan maliyyə məsələsi tam həll olunub: “TANAP–a ayrılan vəsaitin 58%-ni SOCAR öz üzərinə götürüb. Artıq digər tərəfdaşlar da layihəyə daxil olublar və aprelin 1-dən etibarən öz maliyyələrini bura cəlb etməyə başlayacaqlar. Mütəxəssislərimiz yeni maliyyə mənbələrinin cəlb olunması üzərində işləyirlər. Hətta BP və “Botaş” şirkətləri ilə danışıqlar aparılıb. Layihəni vaxtında başa çatdırmaq və Avropaya qazı tez buraxmaq üçün nəğd vəsaitlə layihələşməsini biz həyata keçirdik. İşə başlayandan sonra maliyyələşməni hissə-hissə həyata keçirməyə başlayacağıq”.
SOCAR prezidenti qeyd edib ki, bu layihə 1 852 kilometr məsafədə, yəni Avropa sərhəddinə qədər uzanır: “TANAP SOCAR-ın beynəlxalq səviyyədə olan ən böyük layihəsidir. Layihə 10 mlrd. dollar məbləğində böyük vəsaitə və on minlərlə işçiyə malikdir”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info