“Dünya siyasətində ikili standartlar hökm sürsə də, Azərbaycan inkişaf yolu ilə uğurla gedir”
Tarix: 19.03.2015 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, dövlət və hökumət nümayəndələri şənlikdə iştirak ediblər. Dövlətimizin başçısı, xanımı və ailə üzvləri əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Milli geyimli uşaqlar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik ediblər. İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanıblar.
Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. Milli geyimli uşaqlar meydanda rəqs ediblər. İncəsənət ustalarının ifasında baharı, Azərbaycanı tərənnüm edən mahnıların sədası ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğurub.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı bayram şənliyində nitq söyləyib.

“Bundan sonra da müstəqilliyimizi,
xalqımızın rahat yaşamasını təmin edəcəyik”


Prezident bildirib ki, Novruz bayramı bizim milli sərvətimizdir: “Novruzun yalnız müstəqillik dövründə milli bayram kimi qeyd olunmasına başlanılıb”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan müstəqillik illərində çətin sınaqlardan keçib, bununla belə, yalnız bu dövrdə xalqımız yüksək zirvələrə çatıb: “Hazırda dünya siyasətində ikili standartlar hökm sürür. Buna baxmayaraq, Azərbaycan inkişaf yolu ilə uğurla gedir. Biz müstəqil siyasət aparırıq. Müstəqillik bizim üçün ən böyük sərvət, ən böyük dəyərdir.
Əsrlər boyu xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşayıb, ancaq öz milli xüsusiyyətlərini qoruyub saxlaya bilib. İlk növbədə milli dəyərlərimizə, bayramlarımıza, ədəbiyyatımıza, incəsənətimizə, doğma ana dilimizə görə biz xalq kimi özümüzü qoruya bilmişik. Bu gün isə biz azadıq, Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu günün reallıqları göstərir ki, yalnız müstəqillik dövründə xalqımız yüksək zirvələrə çata bilər”.
Dövlət başçısı qeyd edib ki, tariximizi nəzərə alsaq, bugünkü dövr ən sürətli inkişaf dövrüdür: “Biz bundan sonra da müstəqilliyimizi, xalqımızın rahat yaşamasını təmin edəcəyik”.
Prezident qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması təəssüf doğurur: “Müxtəlif səviyyəli görüşlərin keçirilməsinə baxmayaraq, Ermənistan hələ də təxribatçı hərəkətlərindən əl çəkmir”.
Prezident deyib ki, şəhidlərimizin qanı yerdə qalmamalıdır və yerdə qalmır: “Təmas xəttində ordumuz vəziyyətə tam nəzarət edir, ordumuz Vətəni ləyaqətlə qoruyur. Mən tam əminəm ki, biz istədiyimizə nail olacağıq, tarixi ədaləti, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Ondan sonra biz azərbaycanlılar bütün öz qədim torpaqlarımıza - İrəvana, Göyçəyə, Zəngəzur mahalına qayıdacağıq. Bu torpaqlar bizim qədim torpaqlarımızdır. Gənc nəsil də bilməlidir ki, bizim torpaqlarımız sadəcə, bugünkü müstəqil Azərbaycanın torpaqlarından ibarət deyil. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq. Hər gün çalışmalıyıq ki, o günü yaxınlaşdıraq”.
Dövlət başçısı qeyd edib ki, ordu quruculuğu əsas vəzifədir. O, Azərbaycan Ordusunun bu gün dünyada öz gücü, texniki təchizatı ilə fərqləndiyini də vurğulayıb.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri Dənizkənarı Milli Parka gəliblər.
Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.
Kosa və Keçəl Prezident İlham Əliyevi və ailə üzvlərini bayram münasibətilə təbrik ediblər.
Milli Parkda təşkil edilən milli-mənəvi dəyərlər və idman stendləri bayram şənliyinə xüsusi çalar qatıb. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılanıb. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstəriblər.
Dövlətimizin başçısı və ailə üzvləri bərəkətli Azərbaycan torpağında yetişdirilən məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış olublar. Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri şənlik iştirakçılarında maraq doğurub.
Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu şənlikdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilib.
Prezident və ailə üzvləri Azərbaycan xalçalarının nümunələrinə də baxıblar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram şənliyində “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş stendlərin qarşısında idmançıların çıxışlarını da izləyiblər.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info