“AtaBank” uşaq evinin şagirdlərini sevindirdi
Tarix: 19.03.2015 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


“AtaBank” ASC özünün Korporativ Sosial Məsuliyyəti çərçivəsində növbəti xeyriyyəçilik aksiyasını yerinə yetirib. “AtaBank” ASC-nin köməyi sayəsində Şağan qəsəbəsindəki 3 saylı uşaq internat-evində Novruz bayramı keçirilib. 2015-ci il martın 19-da internat evinin fiziki və əqli qüsurlu şagirdləri üçün müxtəlif viktorina və müsabiqələrlə şənlik təşkil edilmişdi.
Gənc iştirakçılar öz rəssamlıq qabiliyyətlərini, rəqs etmək, mahnı oxumaq, şeir demək bacarıqlarını nümayiş etdirdilər. Müsabiqənin yekunları üzrə ən yaxşı şeir deyənlərə və mahnı ifaçılarına “AtaBank” ASC-nin hədiyyələri təqdim edildi. Sonra peşəkar rəqs müəllimi Nərgiz Osmanovanın rəhbərliyi ilə uşaqlar zumba rəqsi oynadılar. Şən musiqi, rəqslər şirniyyatlar və ləziz yeməklər əsl Bahar bayramı ab-havası yaratdı. Tədbirdə iştirak edən, “AtaBank” ASC-nin İcraçı direktoru - İdarə Heyətinin üzvü Elnur Osmanov dedi: “Aksiyamızın məqsədi valideyn himayəsindən məhrum olan uşaqların Novruz bayramını təbrik etmək arzusu və onlar üçün bayram şənliyi təşkil etmək idi. Uşaqlar bizim gələcəyimizdir, onların ehtiyaclarına və ümidlərinə həmişə diqqətlə yanaşmaq lazımdır. Biz bu gün Novruz bayramını qarşılamaq üçün toplaşmışıq. Qoy bu gün gülüş səsləri, şən zarafatlar, təbəssümlər hamını sevindirsin!”
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info