Qərb mediası sifarişlə işləyir
Tarix: 19.03.2015 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Azərbaycanda dövlət müstəqilliyi əldə edildikdən sonra insan hüquqları sisteminin yeni kriteriyaları müəyyənləşdirilib. Ötən illər ərzində, Azərbaycanda qanunvericilik sisteminin beynəlxalq hüquq məkanına inteqrasiya istiqamətində aparılan fəaliyyət ardıcıl olaraq davam edir və etməkdədir.
Bu gün ölkəmizdə media azadlığının təmin olunması, öz növbəsində insan hüquqlarının qorunmasına tam zəmanət verir. Lakin, buna baxmayaraq, son aylarda bəzi beynəlxalaq insan haqları üzrə təşkilatlar və KİV-lər Azərbaycana münasibətdə məqsədli şəkildə aktiv hədələr edirlər. İnsan haqları məsələsinin bu qədər qabardılması Azərbaycanı beynəlxalq diqqət mərkəzinə çevirəcək İlk Avropa Oyunlarıdır. Bir para vətən xainlərinin, həmçinin onların xaricdəki dəstək qruplarının beynəlxalq təşkilatlara ötürdüyü qərəzli məlumatların xarici ölkələrin mediasında verilməsi ölkəni sırf gözdən salmağa istiqamətlənib. Bu yazılar elə bil standart qəlpdən çıxıb: eyni təşkilatların eyni obyektivliyə söykənməyən açıqlamaları əsasən ABŞ, İngiltərə, Fransa və Almaniya KİV-lərində nəşr edilir. Bu "ənənəvi" Qərb mediası bəs deyil, hətta cırtdan Malta dövlətini də özlərinin qara PR-na alət ediblər. Bir ölkənin mediasının eyni zamanda kütləvi şəkildə Azərbaycandan yazması, bunun məqsədli şəkildə qarayaxma kampaniyası olduğunu acıq-aydın göstərir.
İnsan haqlarından danışan belə təşkilat və KİV-lər bu kimi fəaliyyətləri ilə özlərini inkar edirlər. Qeyd etdiyimiz kimi bütün bu səs-küylərin səbəbi İlk Avropa Oyunlarına görədir. Məsələn, Azərbaycan müxalifətinə alət olan bəzi beynəlxalq təşkilatlar İlk Avropa Oyunlarında iştirak edəcək ölkələri yarışmanı boykot etməyə çağırıblar. Adıçəkilən ölkələrin KİV-ləri də bu cağırışları tirajlamaqla öz obyektivliklərini ayaqlar altına atmış olurlar. Çünki İlk Avropa Oyunları idman yarışıdır, siyasi tədbir deyil. Bu yarışları siyasiləşdirmək həmin təşkilatların və KİV-lərin Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv münasibətindən irəli gəlir. Əslində, bu yarışların siyasiləşdirilməsinin qeyri-mümkünlüyünü onlar çox gözəl bilirlər. Görünür, qərəz onların gözünü elə tutub ki, məqsədlərinə çatmaq üçün hər bir vasitədən istfadə etməyə çalışırlar.
Onların bu kimi fəaliyyəti birmənalı olaraq başqa ölkələrin daxili işlərinə qarışmaqdır. Əgər onlar Azərbaycana görə belə narahatdırlarsa, Ermənistan tərəfindən işğal altında olan torpaqlarımız, bir milyon məcburi köçkün və qaçqının hüquqları, Xocalı soyqırımı, əsir və girovluqda olan qız, gəlin, qadın və uşaqlarımızın naməlum taleyi haqqında məsələ qaldırsınlar. Biz ABŞ-ın “Washington Post”, Almaniyanın “Der Spiegel”, “Frankfurter Algemeine”, “Berliner Zeitung”, “Focus”, Böyük Britaniyanın “The Daily Mail”, “The Economist”, “Sunday Times”, Fransanın “Le Monde”, Maltanın “Malta İndependent”, “Malta Today”, İtaliyanın “La Repubblica” nəşirlərinə Azərbaycan həqiqətləri ilə bağlı yazılar ünvanladıq. Bu yazılar elə Qərbin özünün də maraqlı olduğu tolerantlıq, tarixi-mədəni abidələrinin qorunması və s. mövzularda idi. Lakin həmişəki kimi, onlar Azərbaycana qarşı öz biganəliklərini göstərdilər. Qərb mediası Azərbaycanla bağlı heç bir siyasi motiv olmayan yazıları belə, çap etməkdə maraqlı deyil. Lakin Azərbaycana qara yaxan, həmçinin ermənipərəst yazıları siyasi motvliyi görmədən belə, öz nəşrlərində yer verirlər. Əlbəttə, bu məsələdə xiristian təəssübkeşliyi, eləcə də erməni lobbisinin də rolunun olduğu şübhəsizdir. Ümumiyyətlə, özlərini obyektiv göstərən Qərb mediası əksər hallarda siyasi və kommersiya maraqlarına xidmət edir. Məsələn, biz ABŞ KİV-lərində Azərbaycanla bağlı yazı çap etdirmək istərkən bunun şahidi olduq. Burda hər hansı yazı çap etdirmək üçün redaksiyaya ən azı 50 min dollar ödəməlisən. Avropada da buna oxşar mənzərə ilə qarşılaşdıq. Niderlandda elə media var ki, erməni lobbisi ora ayda 200 min dollarlıq reklam verir. Belə medialar öz pullu reklamçılarını itirməmək üçün Azərbaycanla bağlı yazıların verilməsindən qəti şəkildə imtina edirlər. Lakin Avropa ölkələri Azərbaycana qarşı qarayaxma yazılara öz nəşrlərində sevinərək yer verirlər. Bu bir daha göstərir ki, Qərb KİV-ləri hər zaman sifarislə işləyib, bu gun də bu addım görünür. Yalnız bəsirət gozü kor olanlar Qərb mətbuatını “azad” bilir...
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Münaqişədən daha çox ziyan görən erməni icmasıdır
20.06.2019
Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
20.06.2019
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi istiqamətində iş aparılır
19.06.2019
BAMF-in Yüksək Səviyyəli Siyasi Forum üzrə bəyanatı BMT-də təqdim olunacaq
19.06.2019
Elmar Məmmədyarov Con Boltonla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info