Gənclərimiz “Cənubi Qafqazın gənc siyasətçiləri Forumu”na qatılıblar
Tarix: 29.03.2015 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Gürcüstanın Kutaisi şəhərində keçirilən “Cənubi Qafqazın gənc siyasətçiləri Forumu”nda Azərbaycanın müxtəlif partiyalarını təmsil edən gənclər də iştirak edir.
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyindən verilən məlumata görə, Forumda YAP GB Ofisinin rəhbəri Əli Pənahov “Cənubi Qafqazda partiyalararası əməkdaşlıq” mövzusunda çıxış edərək deyib ki, müasir beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti olan Azərbaycan səmərəli daxili və xarici siyasət kursuna malikdir: “Daxili siyasətin mühüm istiqamətlərindən biri demokratik təsisatların təkmilləşdirilməsi və siyasi sistemin mütəmadi inkişafıdır. Bu sırada siyasi partiyaların səmərəli fəaliyyət mexanizminin formalaşdırması xüsusi yer tutur”.
Ölkədə siyasi sistemin təkmilləşdirilməsi kontekstində Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyini deyən Ə.Pənahov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yaradıcısı olduğu YAP-ın böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə nəinki ölkə daxilində aparıcı partiyadır, eyni zamanda beynəlxalq müstəvidə güclü və nüfuzlu siyasi qüvvə kimi tanınır.
O həmçinin Cənubi Qafqaz regionunun ən böyük siyasi partiyası olan YAP-ın çoxşaxəli beynəlxalq əlaqələrə malik olduğunu bildirib: “YAP-ın beynəlxalq əlaqələri mütəmadi olaraq genişlənir və birmənalı şəkildə dövlətin milli maraqlarına xidmət edir. Bu münasibətlərin inkişaf dinamikası, xarakteristikası və miqyasına nəzər saldıqda aydın olur ki, hakim partiya bir neçə istiqamətdə beynəlxalq əlaqələrini inkişaf etdirir. Partiyamız həm Avropanın, həm də Asiyanın müxtəlif siyasi təşkilatları ilə geniş əməkdaşlıq münasibətlərinə malikdir. Bu kontekstdə Mərkəzçi Beynəlxalq Demokratlar Təşkilatı, Avropa Xalqları Partiyası ilə geniş əlaqələrə malik olan Yeni Azərbaycan Partiyası həm də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) çərçivəsində səmərəli fəaliyyət göstərir. Bundan başqa, YAP-ın təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə müxtəlif konfrans və forumların keçirilməsi, partiyanın Gənclər Birliyi nümayəndələrinin Avropanın gənclər təşkilatlarının müxtəlif forumlarında uğurla təmsil olunmaları kimi amillər də çoxşaxəli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfələr verir. YAP Qadınlar Şurasının həm ölkədaxili, həm də beynəlxalq qadın hərəkatının tərkib hissəsi kimi sərgilədiyi mövqe isə təqdirəlayiqdir”.
YAP GB ofisinin əməkdaşı Ümid Abuzərli isə “Sosial media və elektron hökumət partiyaların siyasətində” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edilib ki, son illər Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının, eləcə də söz və fikir azadlığının inkişafı, dünyaya inteqrasiya və qloballaşma prosesinin sürətlənməsi cəmiyyətin bütün sahələrində olduğu kimi elekton hökumət, eləcə də media sahəsində yeni yanaşmaların olmasını tələb edir: “Elektron hökumət hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər”.
Ü.Abuzərli əlavə edib ki, “E-hökümət” layihəsi Azərbaycan Respublikasının inkişafı naminə informasiya –kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003- 2012 –ci illər) əsasən işlənib hazırlanıb və “ Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir: “Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffafliğın təmin olunmasına və informasiya təlabatının dolğun ödənilməsinə şərait yaradır”.
Daha sonra müzakirələr çərçivəsində mənfur qonşularımız tərəfindən mövzudan kənar çıxışlar olub. Onların yalan ittihamlarına və ərazi iddialarına Azərbaycan gəncləri tərəfindən tutarlı arqumentlərlə cavab verilib və susdurulub.
Forumda Azərbaycandan həmçinin Ümid Partiyası, Demokratik İslahatlar Partiyası, Müsavat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndələri iştirak edir.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans
24.09.2018
Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər
24.09.2018
Ehtiyat zabit hazırlığı kursu üçün qəbul elan edilib
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info